Məhkəmə qərarları › İş №3(054)-40/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-40/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-40/2022 14.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Oğuz rayonu Tərkəş kəndində anadan olmuş, Oğuz rayonu Sincan kəndində yaşayan, işsiz, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: 12.12.2021-ci il tarixdə saat 18 radələrində Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “VAZ 21061” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu Sincan kəndi ərazisində hərəkətdə olan zaman əsas yola çıxaraq həmin yol ilə hərəkətdə olan, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sportage” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə hər iki avtomobilə maddi ziyan dəyməsi, “Kia Sportage” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Şahid2 isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri almaları faktı ilə bağlı toplanmış HK-1/1256 nömrəli material üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mehman Şükürovun 02.01.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayının V X8 Xidməti inspektoru Qurban Ellazov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə 12.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayının V X8 Xidməti inspektoru X4 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 12.12.2021-ci il tarixdə Oğuz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, həmin hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyməklə yanaşı, “Kia Sportage” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Şahid2 isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri almışlar. Həmin fakt əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 12.12.2021-ci il tarixdə Oğuz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə araşdırma zamanı Şəxs və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibinin əlamətləri olması müəyyən olunmadığından 02.01.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri aşkar edildiyindən həmin qərarın surəti inzibati təsir tədbirləri görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, “VAZ 21061” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil arvadının atası X1 məxsusdur. Onun özünün həmin avtomobili idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. O, 12.12.2021-ci il tarixdə saat 18 radələrində “VAZ 21061” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sincan kəndinin ərazisində onun idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sportage” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o özü və onun avtomobilində olan X2 xəsarət almasalar da, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Şahid2 isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri almışlar. Həmçinin, hər iki avtomobilə maddi zərər dəymişdir. O, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etmiş və zərərçəkmiş şəxslərin hazırda ondan hər hansı şikayət və ya tələbləri yoxdur. Yol hərəkəti qaydalarını pozduğuna görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsi nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 da yol nəqliyyat hadisəsinin baş vermə şəraiti barədə Şəxs izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxslərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş 12.12.2021-ci il tarixli 486 və 487 nömrəli tibbi müayinə aktlarından müəyyən edilir ki, Şəxs və Zərərçəkmiş şəxs1 12.12.2021-ci il tarixdə tibbi müayinədən keçirilərkən onların sərxoş olmadıqları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Şəxs və Zərərçəkmiş şəxs1 hər birinin avtomobili idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş 28.12.2021-ci il tarixli 835, 836 və 837 nömrəli ekspert rəylərindən müəyyən edilir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bədəni üzərində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Şahid2 bədəni üzərində isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 12.12.2021-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “VAZ 21061” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu Sincan kəndi ərazisində hərəkətdə olan zaman əsas yola çıxaraq həmin yol ilə hərəkətdə olan, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sportage” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymiş, “Kia Sportage” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Şahid2 isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımı tərəfindən tərtib edilmiş 12.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar