Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-41/2022 18.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2 iştirakı ilə X2 Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X4 məhkəməyə müraciət edərək Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X4 şikayətində qeyd etmişdir ki, 16.01.2022-ci il tarixdə ona məxsus “FORD FOCUS MİNİK” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən qaçırılmışdır. X9 həmin avtomobillə avtoxuliqanlıq etmiş, avtomobili yüksək sürətlə idarə etmiş və yol hərəkəti təhlükəsizliyi əleyhinə olan digər bir neçə inzibati xəta törətmişdir. O, avtomobilinin qaçırılması ilə bağlı AR DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra avtomobil ona qaytarılmışdır. Avtomobil ona qaytarıldıqdan sonra məlum olmuşdur ki, avtomobilə xeyli ziyan dəymişdir və həmin avtomobil hazırda da təmirdədir. Buna baxmayaraq X9 barəsində cinayət işi başlanmamış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolda onun avtomobilinə aid məlumatlar qeyd edildiyinə görə hesab edir ki, həmin protokol onun hüquqlarına və mənafelərinə toxunur. Qeyd etdikləri nəzərə alınmaqla Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru tərəfindən X9 barəsində tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, Oğuz rayon Polis Şöbəsinin DYPBnin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X9 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. X9 ona məxsus avtomobili idarə edərkən inzibati xəta hadisələri törətdiyinə, inzibati xəta haqqında protokolda onun avtomobilinin markası və dövlət qeydiyyat nişanı qeyd edildiyinə görə o, öz avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılır və avtomobilin üzərində cərimə olduğu bildirilir. Ona görə də o, Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan narazıdır. Qeyd etdiklərinə əsasən 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş edir. 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Oğuz rayon Polis Şöbəsinin DYPBnin Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon X12 Qrupunun təhqiqatçısı X10 cinayət işinin başlanmasının rədd edilməsi barədə 06.02.2022-ci il tarixli qərarından görünür ki, X2 ona məxsus “FORD FOCUS MİNİK” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin 16.01.2022-ci il tarixdə X9 tərəfindən qaçırılması ilə bağlı AR DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış HK-1/31 nömrəli material üzrə araşdırma aparılmış, X1 Hətəm Mehman oğlundan şikayətçi olmadığını bildirdiyinə görə cinayət işinin başlanması rədd edilmiş, avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ X3 izah edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən X6 barəsində tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 211.2 və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin protokolda “FORD FOCUS MİNİK” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair məlumatlar qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokoldan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X4 hazırki şikayətində Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun onun hüquqlarına və mənafelərinə toxunduğunu qeyd edərək həmin protokolu mübahisələndirsə də, iş materiallarından görünür ki, qeyd olunan protokol onun barəsində deyil, X9 barəsində tərtib edilmişdir. Eyni zamanda, X6 barəsində tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol özü-özlüyündə mübahisələndirilə bilən inzibati akt (qərar) olmayıb, hazırki vəziyyətdə yalnız inzibati tənbehin tətbiq olunması barədə qərarın qəbul edilməsi üçün əsas kimi çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydalarını müəyyən edən 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması çərçivəsində inzibati xəta haqqında protokol deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X2 verdiyi hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda, X3 izah edilir ki, ona məxsus avtomobilin qaçırılması ilə bağlı AR DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış HK-1/31 nömrəli material üzrə aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə 06.02.2022-ci il tarixli qərardan aidiyyəti üzrə şikayət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunmuş 16.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-41/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-41/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver