Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-42/2022 10.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə 11.01.1981-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, fərdi identifikasiya nömrəsi 2NKLTMC X1 Astara rayon X7 X11 əməkdaşının 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək Astara rayon X7 X11 əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə bağlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 şikayətində qeyd etmişdir ki, 04.02.2022-ci il tarixdə Astara rayon X7 X8 əməkdaşı X2 tərəfindən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, həmin qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. O, həmin qərarı əsassız hesab edir. Belə ki, 13.01.2022-ci il tarixdə notarius tərəfindən təsdiq edilən etibarnamədən görünür ki, ** BA *** dövlət qeydiyyat nişanlı ekskovator yükləyicinin mülkiyyətçisi X4 həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi digər hərəkətləri 1 il müddətində ona etibar etmiş, həmin etibarnamə əsasında nəqliyyat vasitəsi onun tərəfindən idarə edilmişdir. Onun barəsində hazırki inzibati xəta haqqında iş üzrə icraat başlanılarkən də o, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri ona izah edilməmiş, protokolun surəti qanunla müəyyən edilmiş qaydada ona təqdim edilməmiş, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, şirkətdə işləyərkən həmin şirkətin əməkdaşı kimi Astara rayonuna işləməyə getmişdir. ** BA *** dövlət qeydiyyat nişanlı ekskovator yükləyicinin mülkiyyətçisi tərəfindən ona etibarnamə verilənədək o, həmin nəqliyyat vasitəsini idarə etməmişdir. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən evakuator vasitəsilə Polis Şöbəsinə aparılmış və onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, həmin vaxt nəqliyyat vasitəsini idarə etmədiyini inzibati xəta haqqında protokolda da qeyd etmişdir. Buna baxmayaraq o,Astara rayon X7 X11 tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Ona görə də Astara rayon X7 X11 əməkdaşı tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Astara rayon X7 X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi, 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilməsinə baxmayaraq, həmin sənədlər və ya digər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Astara rayon X7 X8 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, 12.04.2017-ci il tarixdə verilmiş AZE 16845972 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X5 11.01.1981-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon X7 X8 rəisi tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, notariat qaydasında təsdiq edilən 13.01.2022-ci il tarixli ƏN-Vİİİ 111615 nömrəli etibarnamənin surətindən görünür ki, ** BA *** dövlət qeydiyyat nişanlı ekskovator yükləyicinin mülkiyyətçisi X4 həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi digər hərəkətləri 1 il müddətində X3 etibar etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X1 izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. X5 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Astara rayon X7 X11 əməkdaşı tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmişdir. X5 öz narazılığının səbəbini həmin maddədə nəzərdə tutulan inzibati xətaya yol vermədiyi, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmədiyi halda, 04.02.2022-ci il tarixdə barəsində həmin əsasla inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmiş, hazırki şikayətinin əsasını nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən ona 13.01.2022-ci il tarixdə 1 il müddətində etibarnamə verilməsi ilə izah etmişdir. Astara rayon X7 X11 isə X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş olması məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarından göründüyü kimi, X1 ** BA *** dövlət qeydiyyat nişanlı ekskovator yükləyicini, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən verilmiş etibarnamə əsasında idarə etmək hüququnun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından görünür ki, X5 barəsində Astara rayon X7 X11 əməkdaşı tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda işinə baxılan şəxs haqqında müfəssəl məlumatlar, o cümlədən onun fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar (X5 tərəfindən hansı dövlət qeydiyyat nişanlı avtomobilin, nə vaxt və harada idarə olunması, nəqliyyat vasitəsinin mülkiyyətçisi, həmin mülkiyyətçi tərəfindən verilmiş etibarnamə(lər)in olubolmadığı öz əksini tapmamış, bu halların müəyyən edilməsi üçün müəyyən müddət tələb olunduğu halda, İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsinə əsasən araşdırma aparılması barədə qərar qəbul edilməmişdir. Eyni zamanda, qanunvericiliyə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddəti həmin qərarın rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində müəyyən edilsə də, X5 barəsində qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda həmin qərardan 10 (on) gün müddətində şikayət verilə bilməsi qeyd edilmiş, bununla da şəxsin onun barəsində qəbul edilən qərarı mübahisələndirmək hüququ vaxt çərçivəsi baxmından məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib edilmiş 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilməsə də, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X5 həmin protokol əsasında Astara rayon X7 X11 tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazı olduğunu qeyd etməklə, inzibati xəta haqqında protokolu da mübahisələndirmiş, bununla da inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını bildirmişdir. Buna baxmayaraq Astara rayon X7 X11 tərəfindən İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada araşdırma aparılmadan onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilməlidir. Astara rayon X7 X11 tərəfindən isə 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında verilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X1 04.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da təsdiq olunmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olması sübuta yetirilmədiyinə görə o, 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübut olunmadığından onun barəsində 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Astara rayon X7 X11 tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 106-115, 117, 120, 121, 124, 126, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində 04.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Astara rayon X7 X11 tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-42/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-42/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver