Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-46/2022 01.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1947-ci il tarixdə Oğuz rayonu Filfilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işsiz, təqaüdçü öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar X4, X5, X6 və X2 cavabdehlər Şəxs və X3 qarşı həyətyanı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi tələbi barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli 2 (107) - 416 /2020 nömrəli qətnaməsinə əsasən cavabdehlərin Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, iddiaçıların xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahələrinin zəbt edilmiş hissələrindən çıxarılmaları, torpaq sahələrinin boşaldılaraq mülkiyyətçilərinə təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 01.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli 2 (107) - 416 /2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilərək icra üçün müddət təyin edilmiş, lakin borclu icra sənədini könüllü olaraq icra etməmişdir. Borcluya dəfələrlə bildiriş göndərilərək icra hərəkətlərinin aparılmalı olduğu yerə dəvət edilmiş, ancaq o, icra sənədinin icra olunmasına imkan verməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, gəlməkdən yayındığına görə onun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Hazırda da borclu tələbin icrasından qəti olaraq imtina edir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdiklərinə əsasən borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, icra sənədində qeyd edilən və onun tərəfindən boşaldılması tələb edilən torpaq sahəsi xüsusi mülkiyyətə verilməli olan torpaq sahəsi deyil, bələdiyyənin perspektiv inkişaf fonduna aid olan ərazidir. Qeyd edilən icra sənədinin əsasını təşkil edən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş olsa da, o, həmin məhkəmə qərarını əsassız hesab edir. Ona görə də icra sənədini indiyədək icra etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər X4, X5, X6 və X8 hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onlarla telefon vasitəsilə əlaqə saxladıqda icra sənədinin vaxtında və tam şəkildə icra edilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli 2 (107) - 416 /2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədini icra etməmişdir və hazırda da heç bir üzürlü səbəb olmadan icra etməkdən imtina edir. Eyni zamanda, borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, gəlməkdən yayındığına görə onun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Oğuz rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Borclu icra sənədinin əsasını təşkil edən məhkəmə qərarını əsassız hesab etdiyini bildirməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları şübhə altına almağa çalışır. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə o, altmış beş yaşına çatmış şəxs olduğuna görə ona inzibati həbs tətbiq edilə bilmədiyini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 01.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-46/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-46/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver