Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-46/2024 04.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX inspektoru X4 iştirakı ilə X3 Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Oğuz rayon YPX-nin inspektoru X8 barəsində xüsusi qərardad çıxarılması barədə şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X6 məhkəməyə müraciət edərək Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX inspektoru tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ona məxsus “BMW 525 minik” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Oğuz şəhər istiqamətindən Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən dairəvi zolağı ötdükdən sonra Oğuz rayonunun Bayan kənd ərazisində dairəvi yol hərəkət zolağında xidmət aparan Oğuz rayonu X11 inspektoru polis serjantı X8 onun idarə etdiyi avtomobilə “saxla” əmri vermişdir. O, idarə etdiyi avtomobili saxlamış, inspektor ona yaxınlaşmış və sürücülük vəsiqəsini təqdim etməyini istəmişdir. O, bu zaman yol patrul xidmətinin inspektoruna stasionar postlarda və reyd zamanı sənədləri yoxlamaq ixtiyarında olduğunu, digər hallarda isə yol hərəkət qaydalarını pozduğu halda sənədləri tələb etmək səlahiyyəti olduğunu bildirmişdir. Beləliklə, Oğuz rayonu YPX-nin inspektoru ona İXM-nin 329.3-cü maddəsinin tələblərini pozduğunuu bildirmişdir. O, işıq cihazlarından düzgün istifadə etdiyini bildirsə də, YPX-nin inspektoru öz versiyalarını irəli sürmüş və xidməti maşını vasitəsilə aparılan videomüşahidə kamerasında olan görüntülərin təqdim etməkdən imtina etmişdir. Bu zaman Azərbaycan Respublikası DİN BDYPİ Alayının 5-ci Tağımının ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili sözügedən ərazidə yolun digər istiqamətində park edilmiş şəkildə xidmət aparmışdır. Oğuz rayonu YPX-nin inspektorunda ** YP *** dövlət qeydiyyat nişanlı xidmət maşını avtobus dayanacağının qarşısında park edilmiş qaydada xidmət aparmışdır. Sözügedən ərazinin Azərbaycan Respublikası DİN BDYPİ Alayının 5-ci Tağımının xidmət ərazisi olduğunu bildirsə də, Oğuz rayon YPX-nin inspektoru ona məhəl qoymamış və xidmət ərazisini kobud şəkildə pozaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərarda onun “X12” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələbləri pozması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 (iyirmi) manat məbləğdə cərimə edilmiş, lakin sözügedən maddənin pozuntusuna yol verməmiş və sözügedən ərazidə qanunvericiliyin tələblərinə uyğun işiq siqnallarından istifadə etmişdir. Hər hansı bir yol hərəkəti qaydalarını pozmadığı halda, Oğuz rayon YPX-nin əməkdaşı əsaslandırmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozmaqla 30 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar qəbul etmişdir. O, bu maddənin tələblərini pozmamış, işiq siqnallarından düzgün şəkildə istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 30 manat məbləğində inzibati cərimə edilməsindən narazı və şikayətçidir. Barəsində tərtib olunmuş həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və Oğuz rayon YPX inspektoru X8 barəsində xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X6 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, heç bir qanun pozuntusuna yol verməmişdir, belə ki, xx.xx.2024-cü il tarixdə Oğuz rayon Bayan kəndi ərazisində döngəni keçdikdən sonra polis əməkdaşı ona “Saxla” əmri vermiş, o da idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək sənədlərini tələb etmişdir. O, polis əməkdaşına reyd aparılmadığı və ya qanun pozuntusuna yol vermədiyi halda “saxla” əmri vermək səlahiyyətinin olmadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşı onun dönmə işığını söndürməyərək yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. O, polis əməkdaşına həmin pozuntuya yol vermədiyini bildirərək videogörüntünü tələb etsə də, polis əməkdaşı qayda pozuntusu ilə bağlı videogörüntü təqdim edə bilməmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsasız hesab edir. Belə ki, onun avtomobilinin dönmə işığında nasazlıq olduğundan manevr bitdikdən sonra avtomatik sönməmiş, təxminən, 5-10 metrdən sonra onu özü müdaxilə edərək sondürmüşdür. Belə olan halda polis əməkdaşları onu bu barədə xəbərdar etməli idilər, çünki hazırda nasazlığı müəyyən səbəblərdən bütövlükdə həll edə bilməsə də, həmin vaxt o özü nasazlığı aşkar edərək aradan qaldırmışdır. Nasazlığın mövcud olması əvvəl ona məlum olmamış, yalnız xx.xx.2024-cü il tarixdə onu aşkar etmişdir. Belə olan halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə deyil, xarici işıq cihazlarında nasazlıq olduğundan həmin Məcəllənin digər maddəsi ilə protokol tərtib edilməli idi. Bundan əlavə, hadisənin baş verdiyi ərazi Yol Patrul Xidməti Alayının nəzarəti altında olduğundan hesab edir ki, Oğuz rayonu Yol patrul xidməti inspektorunun yox, Yol Patrul Xidməti Alayının 5-ci Taqımının əməkdaşının bu barədə inzibati protokol tərtib etmək səlahiyyəti vardır. Ona görə də, Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və Oğuz rayon YPX inspektoru X8 barəsində xüsusi qərardad çıxarılması ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. X3 barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən şəxs - Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX inspektoru X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, X6 xx.xx.2024-cü il tarixdə Oğuz rayon Bayan kəndi ərazisində işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla 30 manat miqdarında inzibati cərimə edilmişdir. X6 barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmiş, həmin protokol əsasında qəbul edilən inzibati tənbeh vermə haqqında qərar da qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, dönmə işıq göstəricisi manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. X3 idarə etdiyi avtomobilin xarici işıq siqnalları manevr bitdikdən sonra da yanmağa davam etdiyindən ona “saxla” əmri verilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Bu barədə protokol tərtib edilərkən İlyas Dibirova da məlumat verilmişdir. Bundan başqa İlyas Dibirovun izahatında qeyd etdiyi işıq siqnalında olan nasazlıqla əlaqədar protokol tərtib edilməsi məsələsi ilə bağlı bildirir ki, həmin maddənin tərkibinin yaranması üçün ümumiyyətlə, avtomobilin heç bir işıq siqnalı işlək vəziyyətdə olmamalıdır. Hazırki situasiyada isə xarici işıq siqnalları işləkdir, lakin onlardan düzgün istifadə edilməmişdir. Bundan başqa, İlyas Dibirovun inzibati məsuliyyətə cəb edildiyi maddənin sanksiyasında “xəbərdarlıq” nəzərdə tutulmamışdır. Eyni zamanda, onun bütövlükdə Oğuz rayonu ərazisində xidmət aparma səlahiyyəti vardır ki, hadisənin baş verdiyi yer də həmin əraziyə daxildir. Buna görə də, həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla X3 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX inspektoru X8 tərəfindən X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 30 manat miqdarında inzibati cərimə edilmişdir. Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta haqqında protokol tərtib olunarkən polis əməkdaşının üzərində olan yaxa mikrofonun səs yazıları əks olunan disk məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmişdir. Dinləmə zamanı müəyyən edilmişdir ki, güman edilən inzibati xəta hadisəsi törədildikdən bilavasitə sonra protokolu tərtib etmiş şəxs X8 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olduğunu bildirmiş, X6 isə öz növbəsində xarici işıq göstəricilərində nasazlıq olduğundan özünün müdaxilə edərək söndürdüyünü, inzibati xətanı törətmədiyini, polis əməkdaşının dislokasiya qaydalarını pozduğunu bildirmişdir. “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 37-ci mаddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qаnunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qаnunun 42-ci maddəsinin İİİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokoldan şikayət verən şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin izahatlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X6 şikayətində onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, xarici işıq göstəricilərinin manevr bitdikdən sonra avtomatik sönmədiyini X6 özü də inkar etməmiş və məhkəmə iclasında etiraf etmişdir ki, xx.xx.2024-cü il tarixdə il tarixdə manevr bitdikdən sonra avtomatik sönmədiyindən 5- 10 metrdən sonra onu özü müdaxilə edərək sondürmüşdür. Hazırki məhkəmə iclasında tədqiq olunmuş faktlarla və qeyd edilən hüquq normalarının tələbləri baxımından onun həmin protokolda göstərilən inzibati xətaya həqiqətən yol verdiyi müəyyən edilmişdir. X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X3 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar da barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 156 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. X6 hazırki iş üzrə protokolun Oğuz rayonu Yol patrul xidməti inspektoru tətəfindən tərtib edilməsini mübahisələndirsə də, yuxarıdakı normanın məzmunundan görünür ki, Oğuz rayonu Yol patrul xidməti inspektorunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq səlahiyyəti vardır. Hazırki iş üzrə qərar qəbul edən edən polis əməkdaşının belə bir səlahiyyəti mövcud olmasaydı belə, qeyd edilən inzibati xəta hadisəsinin törədilməsi faktı müəyyən edildiyindən və qərardan şikayət verən şəxs özü də bu faktı məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etdiyindən, iş üzrə icraata xitam verilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin süni surətdə inzibati məsuliyyətdən yayınmasına səbəb olardı. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X6 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX inspektoru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə X3 hazırki şikayətinin Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX-nin onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş əməkdaşı barədə xüsusi qərar çıxarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, şikayətin həmin hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X3 Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Oğuz rayon YPX-nin inspektoru X8 barəsində xüsusi qərardad çıxarılması barədə hazırki şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-46/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-46/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver