Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-5/2025 16.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X1 iştirakı ilə xx.xx.1995-ci il tarixdə Oğuz rayonu Xaçmaz Qışlaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, evli, orta təhsili, "xxxx" MMC-nin direktoru vəzifəsində çalışan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin həmin qərarın icrası məqsədi ilə əmək haqqından tutulmaların aparılması üçün göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/2-69344/2024 nömrəli məktubu ilə tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi faktı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixdə məktub gönədirilərək Şəxs əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi xahiş edilmiş, eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi izah edilmişdir. Həmin məktub "xxxx" MMC-yə məxsus şəxsi kabinetdə yerləşdirilmişdir. Lakin "xxxx" MMC-nin rəhbərliyi icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. Bu səbəbdən müəssisə rəhbərliyinə xx.xx.2024-cü il tarixli məktub göndərilərək müəssisənin nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət edilmişdir. Müəssisənin nümayəndəsi protokolun tərtib edilməsində də iştirak etməmiş, həm "xxxx" MMC, həm də onun direktoru Şəxs əmək haqqından tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl edilməməsinə görə onlar barəsində ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti də regional şöbəyə aiddir. Qeyd etdiklərinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, hazırda "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanan məktublardan heç biri müəssisəyə çatdırılmamışdır. Bu səbəbdən həmin məktubların məzmunu barədə onun xəbəri olmamış və əmək haqqından tutulmalar aparılması da mümkün olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə “inzibati xəta haqqında” 25 noyabr 2024-cü il tarixli, ******* nömrəli Protokol tərtib edərək məhkəməyə təqdim etmiş və 3(054)-334/2024 saylı iş hal-hazırda məhkəmənin icraatındadır. X3 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 3(054)-265/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, 1. X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokol tərtib etməkdə subyektiv hüquqa malik deyildir. 2. Oğuz Rayon Məhkəməsinin 3(054)- 265/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarını xx.xx.2025-ci il tarixdə əldə edərək həmin qərardan apelyasiya şikayəti vermişdir. Göstərilənləri nəzərə alınmağını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə “inzibati xəta haqqında” 25 noyabr 2024-cü il tarixli, ******* nömrəli protokolu tərtib etməkdə subyektiv hüquqa malik olmadığını nəzərə alaraq icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-69344/2024 saylı məktubundan görünür ki, hüquqi şəxs "xxxx" MMC-yə məktub göndərilərək Şəxs əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Qeyd olunan bildiriş məktubunun xx.xx.2024-cü il tarixdə göndərişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/2-81605/2024 saylı bildiriş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli göstərişlə tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs "xxxx" MMC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və müəssisənin nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət edilmişdir. Qeyd olunan bildiriş məktubunun xx.xx.2024-cü il tarixdə göndərişi həyata keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar hüquqi şəxs "xxxx" MMC-yə məktub göndərilərək Şəxs əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi tələb edilmişdir. Lakin "xxxx" MMC həmin göstərişə əməl etməmiş, Şəxs əmək haqqından tutulmaları həyata keçirməmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-69344/2024 nömrəli məktubu ilə tələb edilən məlumatı da təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəxs barəsində tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi əsası ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Şəxs xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib edilməsini mübahisələndirsə də, hazırki protokol xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldur, mübahisələndirilən məsələyə isə məhkəmənin 3 (054) - 4 / 2025 nömrəli işi üzrə qiymət verilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-5/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-5/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver