Məhkəmə qərarları › İş №3(054)-50/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-50/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-50/2022 14.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi X1 iştirakı ilə X4 Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 03.03.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Oğuz rayonu Kərimli kənd sakini X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələrinə əsasən 4000 manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 03.03.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayətə baxılması üzrə məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 məhkəməyə ərizə təqdim edərək və izahat verərək bildirmişdir ki, hazırda 03.03.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxılmasını istəmir. Ona görə də şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 hazırki vəsatəti ilə bağlı qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlar sırasında şikayət ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsi bilavasitə həmin şəxsin özünün hüquqlarına və mənafelərinə təsir göstərən bir tədbir olduğundan, hazırda isə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 məhkəməyə verdiyi şikayətə baxılmasını öz təşəbbüsü ilə istəmədiyindən və bununla bağlı fikrini yazılı şəkildə məhkəməyə təqdim etdiyindən hazırki vəziyyətdə həmin şikayətə baxılmasına hər hansı əsas yoxdur. X6 onun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayətə baxılmasını istəmədiyi halda, məhkəmənin qəbul etməli olduğu qərarın məzmunu inzibati xətalar haqqında qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, məhkəmə qanunun analogiyası qaydasına istinad edərək oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X4 hazırki ərizəsini nəzərə alaraq qərara gəlir ki, onun Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 03.03.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması haqda qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin 03.03.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar