Məhkəmə qərarları › İş №3(054)-54/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-54/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-54/2024 28.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək müvafiq olaraq 10 (on) gün və 15 (on beş) gün müddətində, məhkəmənin xx.xx.2023-cü il tarixli 3 (054) – 252 / 2023 nömrəli nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 18 (on səkkiz) gün inzibati həbs edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndi ərazisində küçədə Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayonu Ərmənət kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinə telefonla verdiyi məlumat əsasında araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə uşaqlarının hazırda yaşadıqları-Oğuz rayonu Ərmənət kəndinə gedərək onlarla görüşmək istəmiş, görüş zamanı içkili vəziyyətdə azyaşlı uşaqlarının qarşısında Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs Polis Şöbəsinə izahatı alınması üçün aparılmış xx.xx.2024-cü il tarixdə saat 11:30-da Oğuz Rayon Məhkəməsinə gətirilərək tutulmadan azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir müddət əvvəl arvadı uşaqları götürüb Oğuz rayonu Ərmənət kəndinə-valideynlərinin yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında uşaqlarının yaşadığı ünvana övladlarını görmək məqsədi ilə getmişdir.Onların yaşadığı ünvana çatdıqda həyətin küçəyə açılan qapısından oğlu Zamiqi küçəyə səsləmişdir. Həmin vaxt oğlu Zamiq və qızı Zəhra ilə küçədə görüşüb söhbət etməyə başlamışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs və onun ailə üzvlərini görməmişdir. Onlara qarşı nalayiq ifadələr işlətdiyini xatırlamır. Bir qədər sonra isə polis əməkdaşları ona yaxınlaşaraq onun barəsində şikayət olduğunu bildirmişlər. O, həmin gün deyil, əvvəlki gün spirtli içki qəbul etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 361 nömrəli raportdan müəyyən edilir ki, Şəxs barəsində Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək şikayət verməsi faktı üzrə araşdırma aparılmış və həmin araşdırma çərçivəsində Zahid Şirinovun və şahidlərin izahatları alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 11:30-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 080 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 15 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 252 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 18 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində, Zərərçəkmiş şəxs evinin qarşısında nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran hallarıı, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati xətanın törədilmə üsulunu və mütəmadi xarakterli olmasını nəzərə alaraq inzibati həbs müddətinin həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə 11:30-da tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə 11:30 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 16:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar