Məhkəmə qərarları › İş №3(054)-54/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-54/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-54/2025 03.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə Oğuz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Oğuz rayon sakini X1 rayon X9 Təhlükəsizlik Bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X6 məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında Oğuz rayon Polis Şöbəsinin rəis müavini Vüsal İsmayılov tərəfindən qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 şikayətində qeyd etmişdir ki, o Oğuz rayon Bucaq kəndində yaşayır. Azərbaycan Respublikasının vətəndaşıdır. Həmkəndlisi, həm də qohumu olan Arzu Seyidova adlı şəxs DİN-nin “102” qaynar xəttinə zəng edərək uşağının üzərinə cins itin hücum etdiyini, uşağının qorxduğunu bildirmişdir. DİN-nin “102” qaynar xəttinə edilmiş zəngdən sonra Oğuz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. O həmin protokolu qanunsuz və əsassız hesab edir. O ümumiyyətlə həmin inzibati xətanı törətməmişdir. Ona məxsus olan it daim otlaq sahəsində olur və ümumiyyətlə sahibsiz çöldə olmur. Həmkəndlisi olan Arzu Seyidova adlı şəxs şikayətində uşağının üzərinə hücum çəkən itin ağ rəngli olduğunu bildirmişdir. Kənd ərazisində küçədə saysız-hesabsız sahibsiz itlər vardır. DİN-nin “102” qaynar xəttinə şikayətin cavabsız qalmaması üçün əsassız yerə ona protokol yazılmışdır. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolla əlaqədar bildirir ki, həmin protokol əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, o barəsində tərtib edilən protokola etiraz edərək hər hansı qanun pozuntusuna yol vermədiyini bildirmişdir. Kənd ərazisində sahibsiz gəzən həmin cins itin ona məxsus olmadığını dəfələrlə polis əməkdaşına bildirmişdir. Ancaq onlar onun dediyinə məhəl qoymayaraq belə bir qanunsuz protokol tərtib etmişlər. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. Ancaq qərarın surətini əldə edə bilmədiyi üçün xx.xx.2025-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinə rəsmi müraciət edildikdən bir gün sonra qərarın surəti ona təqdim edilmişdir. Yəni qərarın surəti ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında Oğuz rayon Polis Şöbəsinin rəis müavini Vüsal İsmayılovun həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, o, Oğuz rayonu Bucaq kəndində yaşayır və təsərrüfatında 5-10 baş xırdabuynuzlu heyvan vardır. Onun evi Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun kənarında yerləşir. O həmin yolu keçərək heyvanları meşə ərazisində otararaq geri qaytarır. Bu zaman özünə məxsus kiçik itini də yanında aparır. Onun qonşusu polis şöbəsinə şikayət edərək onun cins itinin uşaqlarını qorxutduğunu bildirmişdir. Halbuki onun cins iti yoxdur və indiyədək heç kimə ziyan və xəsarət yetirməmişdir. Qeyd edilən əsaslara görə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, X8 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək qonşuda olan cins itin küçəyə buraxılması, vətəndaşlara hücum etməsi faktı barədə məlumat vermiş və tədbir görülməsini xahiş etmişdir. Həmin şikayətin araşdırılması ilə əlaqədar X3 izahatı alınmışdır. Sracəddin Zalov izahatında iki iti olduğunu, yalnız birini küçəyə çıxardığını, bu zaman ağzına ağızlıq vurmadığını bildirmişdir. Bu səbəbdən onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol Sracəddin Zalov barəsində, onun itinin başqa şəxslərə hücum etməsi əsası ilə deyil, itin cilovsuz gəzdirilməsi əsası ilə tərtib edilmişdir. Hesab edir ki, həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X6 barəsində xx.xx.2025-ci il tarixdə özünə məxsus iti küçədə cilovsuz vəziyyətdə gəzdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Polis Şöbəsinin rəis müavini Vüsal İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Oğuz rayon Bucaq kənd sakini X5 müraciəti əsasında toplanmış materialın surətindən müəyyən edilir ki, X8 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək qonşuda olan cins itin küçəyə buraxılması, vətəndaşlara hücum etməsi faktı barədə məlumat vermiş və tədbir görülməsini xahiş etmişdir. Həmin şikayətin araşdırılması ilə əlaqədar X5 və X3 izahatı alınmış, Sracəddin Zalov izahatında “İti küçəyə çıxardan zaman hansı formada çıxardırsınız, itin ağzında ağızlıq olurmu?” sualına “İti küçəyə çıxardan zaman ağzına ağızlıq vurmuram.” şəklində cavab vermişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin və Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 hazırki şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. X6 şikayətində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolu əsasında Oğuz rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, qeyd olunan protokolda göstərilən inzibati xətaya həqiqətən yol verdiyini, yəni özünə məxsus iti küçədə gəzdirərkən heç bir tədbir görmədiyini həm Oğuz rayon Polis Şöbəsində, həm də məhkəmə iclasında verdiyi izahatlarda özü də etiraf etmişdir. X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X3 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi digər xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X6 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Oğuz rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X3 Oğuz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar