Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-55/2023 04.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu Keştək kəndində anadan olmuş, Oğuz rayonu Calud kəndində yaşayan, subay, orta təhsilli, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 41 / 2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calut kəndində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı ilə bağlı aparılmış araştırma materialları üzrə Oğuz rayon X5 Qrupunun baş təhqiqatçısı Səid Abbasinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol və ona əlavə edilən sənədlər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə işə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calud kəndində ucadan səs-küy salması faktı üzrə onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə araşdırma zamanı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calud kənd sakini X4 Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edərək, Novhəl və Teymur adlı şəxslərin onun qızını qaçırmaq istədiklərini bildirmişlər. Həmin məlumat əsasında polis əməkdaşları qeyd olunan ünvana getmiş, orada Şəxs və X1 vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişlər. Polis əməkdaşları həmin şəxsləri intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs və X3 polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, onlar məcburi şəkildə avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Calud kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Teymur Ağayevlə birlikdə Oğuz şəhərində kafelərin birində yemək yedikdən sonra taksi ilə yaşadıqları Oğuz rayonu Calud kəndinə qayıtmışlar. Bu zaman Teymur Ağayev siqaret almalı olduğunu bildirmiş, onlar da bu məqsədlə mağaza tərəfə getmişlər. Həmin vaxt avtomobildə musiqinin səsi yüksək olmuşdur. Ona görə də, digər həmkəndlisi Rəşad Ərşadov və ailə üzvləri əllərində yabı və digər alətlərlə onların qabağını kəsmiş və Teymur Ağayevi avtomobildən zorla düşürərək onu döymüşlər. O onları ayırmağa çalışmış və dərhal Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng etmişdir. O, Oğuz rayonu Calud kəndində olan zaman səs-küy yaranmışdır, ancaq o, heç kimi söyməmiş və nalayiq ifadələr işlətməmişdir. Eyni zamanda himayəsində olan 3 azyaşlı uşağını təkbaşına böyüdür və onlardan ikisi talassemiya xəstəliyindən əziyyət çəkir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Teymur Ağayev və Şəxs, həmçinin digər şəxslərin əməlində cinayət tərkibinin əlamətləri olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, həmin qərara əsasən müəyyən edilir ki, hadisənin baş verməsini araşdırma zamanı izahatı alınmış şəxslər də öz izahatlarında təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 41 / 2023 nömrəli qərarı ilə müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calud kəndində ucadan səsküy salmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində talassemiya xəstəliyindən əziyyət çəkən azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs izahatını özünümüdafiə kimi qiymətləndirir, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan qərarla müəyyən edilən halları, onun tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 16:45-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-55/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-55/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver