Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-56/2022 07.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 09.11.2021-ci il tarixdə “BMW 525 MİNİK” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYP Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 23.02.2022ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş 09.11.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYP Şöbəsi tərəfindən tərtib edilmiş 23.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “BMW 525 MİNİK” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin protokol əsasında tətbiq edilmiş 40 (qırx) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 24 (iyirmi dörd) manat dəbbə pulu hesablanmış və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərarı icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə 07.04.2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Şəxs 09.11.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 09.11.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən tətbiq edilən 40 (qırx) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 24 (iyirmi dörd) manat miqdarında dəbbə pulunu - cəmi 64 (altmış dörd) manat məbləği müvafiq hesaba ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 09.11.2021-ci il tarixdə “BMW 525 MİNİK” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs 40 (qırx) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 24 (iyirmi dörd) manat dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ona tətbiq edilən 40 (qırx) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 24 (iyirmi dörd) manat miqdarında dəbbə pulunu - cəmi 64 (altmış dörd) manat məbləği məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, o, barəsində tətbiq edilən 40 (qırx) manat miqdarında inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış 24 (iyirmi dörd) manat miqdarında dəbbə pulunu - cəmi 64 (altmış dörd) manat məbləği məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs 23.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-56/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-56/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver