Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-56/2023 04.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1994-cü il tarixdə Goranboy rayonu Goranlı kəndində anadan olmuş, Kəlbəcər rayonu Keşdək kəndində qeydiyyatda olmaqla Oğuz rayonu Calud kəndində yaşayan, subay, orta təhsilli, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calut kəndində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı ilə bağlı aparılmış araştırma materialları üzrə Oğuz rayon X5 Qrupunun baş təhqiqatçısı Səid Abbasinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol və ona əlavə edilən sənədlər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə işə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calud kəndində ucadan səs-küy salması faktı üzrə onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə araşdırma zamanı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calud kənd sakini X4 Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edərək, Novhəl və Teymur adlı şəxslərin onun qızını qaçırmaq istədiklərini bildirmişlər. Həmin məlumat əsasında polis əməkdaşları qeyd olunan ünvana getmiş, orada X2 və Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişlər. Polis əməkdaşları həmin şəxsləri intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. X2 və Şəxs polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, onlar məcburi şəkildə avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Calud kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Novhəl Qasımovla birlikdə Oğuz şəhərində kafelərin birində yemək yedikdən sonra taksi ilə yaşadıqları Oğuz rayonu Calud kəndinə qayıtmışlar. Bu zaman o siqaret almalı olduğunu bildirmiş, onlar da bu məqsədlə mağaza tərəfə getmişlər. Həmin vaxt avtomobildə musiqinin səsi yüksək olmuşdur. Ona görə də, digər həmkəndlisi Rəşad Ərşadov və ailə üzvləri əllərində yabı və digər alətlərlə onların qabağını kəsmiş və onu avtomobildən zorla düşürərək döymüşlər. Novhəl Qasımov onlara mane olmağa çalışmış və dərhal Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng etmişdir. O, təxminən bir il yarım əvvəl Rəşad Ərşadovun qızı ilə sevgi münasibəti yaşasa da hazırda heç bir münasibəti yoxdur. Hesab edir ki, Rəşad Ərşadov bu bəhanə ilə onu döyüb xəsarət yetirmişdir. O, Oğuz rayonu Calud kəndində olan zaman səs-küy yaranmışdır, ancaq o, heç kimi söyməmiş və nalayiq ifadələr işlətməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Şəxs və Novhəl Qasımovun, həmçinin digər şəxslərin əməlində cinayət tərkibinin əlamətləri olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Eyni zamanda, həmin qərara əsasən müəyyən edilir ki, hadisənin baş verməsini araşdırma zamanı izahatı alınmış şəxslər də öz izahatlarında təsdiq etmişlər. Bundan əlavə həmin qərara əsasən müəyyən edilir ki, Şəxs hadisə zamanı xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etdiyini etraf etmişdir. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Calud kəndində ucadan səsküy salmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-56/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-56/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver