Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-57/2025 04.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq Qazax rayonu Xanlıqlar kəndində yaşayan, orta təhsilli, evli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 466 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Şəxs hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla alimentin tutularaq 09 oktyabr 2016cı il tarixdə anadan olmuş X5 və 12 oktyabr 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün, eyni zamanda 12 oktyabr 2018-ci il tarixdə anadan olmuş X6 üç yaşına çatana qədər iddiaçının özü üçün əlavə olaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 466 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Əvvəllər borclunun rəsmi iş yeri olmuş və aliment ödənişi də onun əmək haqqına yönəldilmişdir, lakin hazırda borclu işsizdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi başqa pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulmuş, lakin həmin əmlakın da yerini müəyyən etmək mümkün olmamışdır. Hazırda borclu aliment borcundan ödəniş etməmişdir və onun tələbkara 3110,89 manat aliment borcu yaranmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun hazırda tələbkara 3110,89 manat aliment borcu yaranmışdır. Onun daimi iş yeri yoxdur. Eyni zamanda, o, tələbkarla nikahı pozulduqdan sonra yenidən ailə qurmuşdur. O ailəsini Vətən Müharibəsinin iştirakçısı olduğuna görə hər ay aldığı 80 manat və qaynının avtomobili ilə hərdənbir məşğul olduğu taksi fəaliyyətindən əldə etdiyi gəlirlə dolandırır. O, aliment ödənişlərini də həmin gəlir hesabına ödəməyə çalışır. Hazırki vəziyyətdə isə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, 7 martdan sonra aliment borcunun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və maddi imkansızlığı ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin maddi imkanları daxilində qalıq borcu ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi X2 izahat verərək bildirdi ki, tələbkar dəfələrlə borcluya güzəşt etmişdir, lakin borclunun hazırda ona 3110,89 manat gecikdirilmiş aliment borcu vardır. Tələbkar gecikdirilmiş aliment borcunun ödənilməsini tələb edir, borclu isə aliment borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 466 / 2019 nömrəli qətnaməsinə əsasən borclu Şəxs hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla alimentin tutularaq, eyni zamanda, 12 oktyabr 2018-ci il tarixdə anadan olmuş X6 üç yaşına çatana qədər iddiaçının özü üçün əlavə olaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 3110,89 manat aliment borcu yaranmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs inzibati tənbeh tədbiri tətbiq etməyi, inzibati həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 19:50dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-57/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-57/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver