Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-58/2025 07.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X8 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, 24 yanvar 2025-ci il tarixdə FHN-nin Oğuz DYNX-nın X20 DYDİ-nin rəisi d/x polkovnik leytenantı X4 rayon Calut kənd tam orta ümumtəhsil məktəbində "Yanğın təhlükəsizliyi avadanlıqlarını təftiş edərkən həmin zaman mənə :"ciddi bir problem yoxdur,lakin binanın yanğınsöndürmə avadanlıqları azdır" deyərək irad bildirmiş və yalnız xəbərdarlıq məktubları göndəriləcək demişdir. Lakin 19 fevral 2025-ci il tarixində təftiş edən tərəfin inzibati tənbeh vermə haqqında MN1768650 nömrəli qərar yazılmış məktub poçt vasitəsi ilə məktəbə daxil olmuşdur. Həmin qərarda mənə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə inzibati tənbeh və 100 (yüz)azn məbləğində cərimə olunmağım qeyd olunub. Məktəbin təftiş edildiyi 10 yanvar 2025-ci il tarixindən 19 fevral 2025-ci il tarixinədək qərarın məktəbə göndərilməməsi (halbu ki, qərar 2 (iki) gün müddətində müəssisəyə çatdırılmalıdır) mənim məhkəmə orqanlarına müraciət hüququmu məhdudlaşdırmışdır. Məktəb binasının 2012-ci ildə tikilərək FHN-nin rəyi ilə təhvil verildiyi, binada həmin zamandan mövcud olan yanğınsöndürmə cihazlarının və digər təhlükəsizlik avadanlıqlarının sayında heç bir azalma olmadığını və halhazırda olduğu kimi qorunub saxlandığını, əvvəliki illərdə hər dəfə təftiş zamanı vəziyyətin normal olması barədə protokollar yazıldığını və heç bir cərimə tətbiq olunmadığını nəzərə alaraq şikayətçi tərəf kimi məsələyə baxılmasını və aydınlıq gətirilməsini xahiş edir. Məktəbin yanğınsöndürmə və təhlükəsizlik avadanlıqları Elm və Təhsil Nazirliyinin Təchizat idarəsi tərəfindən məktəblərdə quraşdırılır və FHN-nin yerli şöbələri tərəfindən saxlanma və istifadə vəziyyətinə nəzarət edilir. Əgər doğrudan da bu avadanlıqların sayı kifayət deyildisə, bununla bağlı məktəbə xəbərdarlıq məktubu göndərilməli və bu məktuba əsasən həmin çatışmayan avadanlıqlar tərəfimizdən Regional Təhsil idarəsindən sifarişlə alınmalı idi. Məktəb FHN-nin “uyğundur” rəyi ilə fəaliyyətə başlasa da hazırda məktəbin texniki pasportu və təxliyə planı olmadığından lazımi faktları açıqlaya bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, cərimə tətbiq edən tərəfin haqsız olduğunu, cərimələrin mülki və ya fiziki şəxsə tətbiq olunmasının qeyri-qanuni olduğunu bu məsələlərin tənzimlənməsinin nazirliklər səviyyəsində olduğu nəzərə alınmalıdır. Qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək məktəbdə yanğından mühafizə ilə bağlı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının onun vəzifə öhdəliklərinə daxil olmadığını, bu səbəbdən onun məsuliyyət daşımadığını bildirərək Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli xəta haqqında protokoldan görünür ki, X1 Təhlükəsizliyi Qaydaları No 06-2004 bənd 4.5-in tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin rəisi Azad Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, 020 nömrəli tələbnaməsinin surətindən görünür ki, ünvan 1 orta ümumtəhsil məktəbində xx.xx.2025-ci il tarixədək “Çardağın ağac konstruktiv elementləri odadavamlı məhlullarla hopdurulması”(YTQ № 06-2004. 3.2), “Binanın lazımi qədər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi”(YTQ № 06-2004. 11.1), “Məktəbdə təxliyyə planı hazırlanması və gözə çarpan yerdən asılmasının təmin edilməsi” (YTQ №06- 2004. 4.5) tələblərinin yerinə yetirilməli olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 01 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 orta ümumtəhsil məktəbinin direktor əvəzi X2-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektorunun müdirini Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən məktəbdə yanğından mühafizə ilə bağlı texniki müayinə keçirilməsi zamanı aşkar olunmuş çatışmazlıqlar barədə məlumatlandırmış, mövcud problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 31 nömrəli məktubdan görünür ki, ünvan 1 orta ümumtəhsil məktəbinin direktor əvəzi X8 tərəfindən Oğuz rayonu üzrə təhsil sektoruna daxil olan məktubda məktəbin yanğınsöndürmə balonlarına, təxliyə planına olan ehtiyacı bildirilmiş və Oğuz rayonu üzrə təhsil sektoru tərəfindən Şəki- Zaqatala Regional Təhsil İdarəsinə həmin ehtiyaclar barədə müraciət edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X3 izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. X8 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini məktəbdə yanğından mühafizə ilə bağlı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının onun vəzifə öhdəliklərinə daxil olmaması, bu səbəbdən onun məsuliyyət daşımaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməməsi ilə əsaslandırmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu 30.7-ci maddəsinə əsasən təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6 əsasən direktor elmi-tədqiqat profilinə uyğun olaraq müasir layihələr hazırlanması və həyata keçirilməsi məqsədilə institutun fəaliyyətinə rəhbərliyi həyata keçirir. Təhsil sistemində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin edir və kollektivin işini istiqamətləndirir. Elmi-metodik və hüquqi sənədlərin işlənib hazırlanmasını və nəşrini təşkil edir, institutun iclaslarında sədrlik edir və institutun rəhbər işçiləri tərəfindən hazırlanmış hesabatlarını dinləyir. Bölmələrin fəaliyyətini istiqamətləndirir, elmi və elmi-təşkilati fəaliyyətin, başa çatmış tədqiqatların tətbiqinin nəticələri ilə bağlı hesabatları, o cümlədən struktur bölmələr üzrə tematik qrupların və ayrı-ayrı əməkdaşların tədqiqat işlərinin tətbiqinə, aparılan tədqiqat işlərinin keyfiyyətinə, həmçinin son nəticələrinə dair təqdim olunan dövri hesabatları dinləyir və qəbul olunmuş qərarları təsdiq edir. Təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara tələbələrin fəal cəlb olunması, distant təhsilin geniş tətbiq olunmasını təmin edir. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edir, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqini genişləndirir. Beynəlxalq elmi əlaqələri genişləndirir, elmin informasiya təminatını gücləndirir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, müvafiq əmrlər, göstərişlər verir. Müasir idarəetmə sistemindən, elmi nailiyyətlərdən və informasiya texnologiyalarından istifadə edir. İnstitutun əmlak və avadanlıqlarından məqsədyönlü istifadə olunmasına sərəncam verir, saxlanılmasına nəzarət edir, ayrı-ayrı müəssisələrlə müqavilələr bağlayır, maliyyə və digər hesablar açır, əmrlər verir, işçiləri işə qəbul edir və işdən azad edir. İnstitutun işçilərinin İxtisasının artırılmasına və təkmilləşməsi məsələlərinə diqqət yetirir və buna dair hökumət və dövlət orqanlarının qərarlarını yerinə yetirir, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi sahəsində xarici ölkələrin təhsil sistemindəki nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirir. İnstitutun işçilərinin yaradıcı təşəbbüsünün inkişafına hərtərəfli kömək göstərir, işini istiqamətləndirir. İnstitutun maddi-texniki bazasının genişləndirilməsini təmin edir. Eyni zamanda, o, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul olunmuş aidiyyəti qərar, sərəncam və əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri; əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi tərəfindən isə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, onun həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Əksinə, ünvan 1 orta ümumtəhsil məktəbinin direktorunun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5 təhsil müəssisəsinin müdiri üçün məktəb binasına baxış keçirilməsi, çardağın ağac konstruktiv elementlərinin odadavamlı məhlullarla hopdurulması, binanın lazımi qədər ilkin yanğınsğndürmə vasitələri ilə təmin edilməsi, məktəbdə təxliyyə planı hazırlanması və gözə çarpan yerdən asılmasının təmin edilməsi vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün Firəngiz Mikayılova tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektoru müdirinə rəsmi məktubla müraciət olunmuş, Oğuz rayonu üzrə Təhsil Sektoru müdiri tərəfindən isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinə müraciət edilmiş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olması sübuta yetirilmədiyinə görə o, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X8 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-58/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-58/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver