Məhkəmə qərarları › İş №3(054)-60/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-60/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-60/2024 08.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Tərkeş kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İnzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə “FORD TEMPO MİNİK” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Protokolu tərtib edən orqan- Oğuz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq Oğuz rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əlavə edilən təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış görüntülərdə olan “MERCEDES BENZ ” markalı avtomobil və onun üzərindəki ** HN *** dövlət qeydiyyat nişanı ona məxsus deyildir. Onun mülkiyyətində “FORD TEMPO MİNİK” markalı, ** HN *** dövlət qeydiyyat nişanı olan avtomobil vardır. Buna baxmayaraq onun barəsində protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınaraq araşdırma aparılması və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan görünür ki, “VAZ 21093 MİNİK” markalı ** CP *** dövlət qeydiyyat nişanlı və “FORD TEMPO MİNİK” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobillər Şəxs istifadəsindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 12922761 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan və xx.xx.2024cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin protokol əsasında tətbiq edilmiş 50 manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə dəbbə pulu hesablanmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokolda inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərarı icra etmədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Əhmədli metrosu istiqamətində təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış görüntülərdən müəyyən edilir ki, həmin görüntülərdə olan, nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsi ilə bağlı, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyi qeyd olunan avtomobil “FORD TEMPO MİNİK” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil deyil, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobildir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş EQ 12922761 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla xx.xx.2023-cü il tarixdə “FORD TEMPO MİNİK” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozulduğu qeyd edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin protokola etiraz edərək yanlış avtomobillə bağlı protokol tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Oğuz rayon Polis Şöbəsi tərəfindən isə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Əhmədli metrosu istiqamətində olduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi məhkəmə iclasında da öz təsdiqini tapmamış, əksinə, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Əhmədli metrosu istiqamətində təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış görüntülərdən həmin görüntülərdə olan avtomobilin Şəxs istifadəsində olan “FORD TEMPO MİNİK” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil deyil, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar