Məhkəmə qərarları › İş №3(054)-62/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-62/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-62/2024 05.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs1 və X2 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan, subay, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Oğuz rayonu Xaçmaz kəndi ərazisində, özünə məxsus evdə Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında baş vermiş mübahisə zamanı onların sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X12 Bölməsinin baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X15 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs, Zərərçəkmiş şəxs1 və X4 qohumdurlar. Şəxs və Xəyalə Mustafazadə arasında sevgi münasibəti olduğundan və Xəyalənin atası Zərərçəkmiş şəxs1 bu münasibətə razılıq vermədiyindən xx.xx.2024-cü il tarixdə Şəxs öz razılığı ilə Xəyalə Mustafazadəni evlənmək məqsədi ilə qaçırmışdır. Zərərçəkmiş şəxs1 bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə müraciət etsə də, X17 rayon Polis Şöbəsinin inzibati binasında Şəxslə öz iradəsi ilə getməsi barədə ərizə yazmışdır. xx.xx.2024-cü il tarixdə, saat 03:05 radələrində X4 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək Şəxs atası Zərərçəkmiş şəxs1 bıçaqla hücum etməsi, nəticədə atasının əl nahiyəsindən xəsarət alması barədə məlumat vermişdir. Həmin məlumat əsasında araşdırma aparılmış, Zərərçəkmiş şəxs1 və Xəyalə Mustafazadənin bədən xəsarətləri ilə əlaqədar ekspert rəyi alınmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Oğuz rayonu Xaçmaz kəndi ərazisində, özünə məxsus evdə Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında baş vermiş mübahisə zamanı onların sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X12 Bölməsinin baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Xaçmaz kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 və X4 onun qohumlarıdır. X1 arasında sevgi münasibəti vardır və o Xəyaləni evlənmək məqsədi ilə qaçırmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs1 ilə aralarında narazılıq yarandığından xx.xx.2024-cü il tarixdə barışıq məclisi təşkil edilmişdir. Hətta o, dayısı Şövkətə 200 manat pul verərək məclis üçün bazarlıq etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 evində təşkil olunan həmin məclisdə iştirak etməmişdir. Məclisdən sonra Zərərçəkmiş şəxs1 və digər ailə üzvləri o yaşayan evə gələrək Xəyaləni aparmaq istəmiş, lakin o, Xəyalənin onun ailəsi olduğunu bildirmiş və aparmamağını xahiş etmişdir. Bu zaman o, heç bir şəxsə xəsarət yetirməmişdir. Bundan sonra Xəyalə atası ilə getmişdir. Bir qədər sonra isə Xəyalənin onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. O, Xəyalə Mustafazadə və Zərərçəkmiş şəxs1 üzr istəyir və bağışlanmağını xahiş edir. Eyni zamanda, onun hələ də Xəyalə Mustafazadə ailə qurmaq fikri vardır və rəsmi nikah qeyd etdirmək istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun Şəxslə arasında sevgi münasibəti olmuş, atası Zərərçəkmiş şəxs1 bu münasibətə razılıq vermədiyindən, o Fəridlə evlənmək məqsədi ilə qaçmışdır. Bu hadisədən sonra atası ilə Fərid arasında narazılıqlar artdığından xx.xx.2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs1 evində qohumlarının vasitəçiliyi ilə barışıq məclisi təşkil edilmişdir. Həmin məclisdə Şəxs iştirak etməmişdir. Məclis bitdikdən sonra Fəridin evinə onun atası-Zərərçəkmiş şəxs1, anası- Şəlalə Mustafayeva və nənəsi-Könül Mustafayeva şəxsiyyət vəsiqəsini gətirmək üçün gəlmişlər və çay içmək üçün əyləşmişlər. Həmin vaxt evdə dayısı Şövkət də olmuşdur. Söhbət əsnasında Şəxs rəsmi nikah qeyd etdirmək istəmədiyini bildirmiş, bu zaman atası-Zərərçəkmiş şəxs1 evlənmək niyyəti oldığı halda onu niyə qaçırtdığını soruşmuş, Şəxs həmin suala cavabında qızını istəmədiyini bildirdikdə münaqişə yaranmışdır. Münaqişə zamanı Fərid bıçaq götürərək atası-Zərərçəkmiş şəxs1 hədələmiş, o onları ayıran zaman əlindən xəsarət almışdır. Bu zaman Şəxs atasının barmaq nahiyəsinə də xəsarət yetirmişdir. Fərid onlara xəsarət yetirdikdən sonra evdən çıxıb qaçmışdır. Bundan sonra o, atasının evinə qayıtmış, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə hadisə barədə məlumat vermişdir. O, Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun qohumudur. Fərid onun qızı Xəyalə Mustafazadəni evlənmək məqsədi ilə qaçırtmış, o da bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə aralarındakı narazılığın aradan qaldırılması üçün qohumların təşəbbüsü ilə onun evində barışıq məclisi təşkil edilmişdir. Həmin məclisdə Fəridin ailə üzvləri iştirak etsələr də, Fərid özü oraya gəlməkdən imtina etmişdir. Məclis bitdikdən sonra təxminən, 01:00 radələrində o özü, arvadı və anası qızı Xəyalənin şəxsiyyət vəsiqəsini qaytarmaq məqsədi ilə Fəridin yaşadığı evə getmiş və çay içmək üçün evə daxil olmuşlar. O, Şəxs qızının şəxsiyyət vəsiqəsini gətirdiyini və səhəri gün rəsmi nikah qeyd etdirmək üçün aidiyyəti orqanlara müraciət edilməli olduğunu bildirmişdir. Həmin vaxt Şəxs bu məsələyə etirazını bildirmiş və onunla Fərid arasında mübahisə baş vermişdir. Şəxs mətbəxdən bıçaq götürərək onu hədələmiş və onun barmaq nahiyəsinə xəsarət yetirmişdir. Bu zaman qızı Xəyalə Mustafazadə onları ayırmağa çalışmış və əlindən xəsarət almışdır. Şəxs onlara xəsarət yetirdikdən sonra evdən çıxaraq qaçmışdır. Daha sonra o qızını da götürərk evə qayıtmış və qızı bu hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat vermişdir. O, Şəxslə barışmaq istəmir, ondan şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun oğlu, Zərərçəkmiş şəxs1 bacısının oğlu, Xəyalə Mustafazadə isə bacısının nəvəsidir. Oğlu Fərid ilə Xəyalə Mustafazadə arasında sevgi münasibəti olmuş, Xəyalənin atası razı olmadığında Fərid Xəyaləni evlənmək məqsədi ilə qaçırmışdır. Bu məsələlərdən yalnız qaçırma hadisəsindən sonra xəbər tutmuşdur. Bu məqsədlə Zərərçəkmiş şəxs1lə barışıq etmək qərarına gəlmişlər və Sahilin evində barışıq məclisi təşkil edilmişdir. Həmin gün o, Xəyaləni də özü ilə məclisə aparmışdır. Fərid Zərərçəkmiş şəxs1 qorxduğundan həmin məclisə getməmişdir. Məclisdən qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 və ailə üzvləri onlara gəlmiş, Xəyaləyə onlarla birlikdə getməyi təklif etmişlər. Xəyalə onlarla birlikdə qayıtmaq istəməmiş, bu zaman Sahil cibindən bıçaq çıxararaq Xəyalə onunla getməsə özünü öldürəcəyini bildirmişdir. Həmin vaxt Xəyalə bıçaqdan tutmuş və onların əlindəki xəsarət bu formada yaranmışdır. Zərərçəkmiş şəxs1 və ailə üzvləri onlarda olarkən Fərid evdə olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 onun əri, Xəyalə Mustafazadə qızı, Şəxs isə ərinin qohumudur. xx.xx.2024-cü il tarixdə Şəxs və onların aralarındakı narazılığın aradan qaldırılması üçün qohumların təşəbbüsü ilə onun evində barışıq məclisi təşkil edilmişdir. Həmin məclisdə Fəridin ailə üzvləri iştirak etsələr də, Fərid özü oraya gəlməkdən imtina etmişdir. Məclis bitdikdən sonra təxminən, 01:00 radələrində o özü, əri və qaynanası qızı Xəyalənin şəxsiyyət vəsiqəsini qaytarmaq məqsədi ilə Fəridin yaşadığı evə getmiş və çay içmək üçün evə daxil olmuşlar. Zərərçəkmiş şəxs1 Şəxs qızının şəxsiyyət vəsiqəsini gətirdiyini və səhəri gün rəsmi nikah qeyd etdirmək üçün aidiyyəti orqanlara müraciət edilməsi olduğunu bildirmişdir. Həmin vaxt Şəxs bu məsələyə etirazını bildirmiş və Sahillə Fərid arasında mübahisə baş vermişdir. Şəxs mətbəxdən bıçaq götürərək Sahili hədələmiş və onun barmaq nahiyəsinə xəsarət yetirmişdir. Bu zaman qızı Xəyalə Mustafazadə onları ayırmağa çalışmış və əlindən xəsarət almışdır. Şəxs onlara xəsarət yetirdikdən sonra evdən çıxaraq qaçmışdır. Daha sonra onlar qızı Xəyaləni də götürərək evə qayıtmış və qızı bu hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs nəvəsi-Xəyalə Mustafazadəni qaçırdığından oğlu Sahillə Fərid arasında narazılıqlar yaranmışdır. Sonradan o, oğlu Sahili barışığa razı salmışdır. xx.xx.2024-cü il tarixdə barışıq məclisi təşkil edilmiş, məclis üçün lazım olan ərzaqların pulunu da Fərid vermişdir. Məclisdə Xəyalə iştirak etsə də, Fərid gəlmədiyindən Sahil əsəbiləşmiş və Fəridə zəng etmişdir. Fərid həmin məclisə gəlməyəcəyini bildirmişdir. Bundan sonra onlar Fəridin yaşadığı evə getmiş, orada münaqişə yaranmışdır. Bu zaman çaxnaşma yarandığında o bıçağı kimin çıxardığını görməmişdir. Lakin həm Xəyalənin, həm də Sahilin əlində xəsarətlər olmuşdur. O, Şəxslə oğlu və nəvəsi arasında barışığın olmasını istəyir. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun bacısı-Xatirənin, Zərərçəkmiş şəxs1 isə digər bacısı-Könülün oğludur. Şəxs Sahilin qızı-Xəyalə Mustafazadəni qaçırdığından Sahillə Fərid arasında narazılıqlar yaranmışdır. xx.xx.2024-cü il tarixdə barışıq məclisi təşkil edilmiş, məclis üçün lazım olan ərzaqların pulunu da Fərid vermişdir. Məclisdə Xəyalə iştirak etsə də, Fərid gəlməmişdir. Məclis bitdikdən sonra o, öz evinə getmişdir. Bir qədər sonra isə qardaşı oğlu ilə birlikdə özünə məxsus avtomobillə kəndin yuxarısına getmiş, oradan qayıdan zaman Sahilin avtomobilini bacısı-Xatirənin evinin qarşısında görmüşdür. Qardaşı oğlu ilə evin həyətinə daxil olan zaman bacısı-Könülün, Sahilin və Xəyalənin evdən çıxdıqlarını görərək nə olduğunu soruşmuş, bu zaman onlar ona Xəyaləni evə apardıqlarını demişlər. O sonradan Xəyalənin Azərbaycan Respublikası DİN-in “102” xidmətinə müraciət etdiyini eşitmişdir. O, həmin vaxt Sahil və Xəyalənin əlində hər hansı xəsarət görməmişdir. Oğuz rayon X12 Bölməsinin baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun sol əlinin ovuc hissəsində və həmin əlin barmaqlarının ovuc səthində kəsilmiş səthi yaralar kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər kəsici alətin təsirindən törənməklə əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun sağ əlinin 5-ci barmağının ovuc səthində kəsilmiş səthi yaralar kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər kəsici alətin təsirindən törənməklə əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və X3 heç bir xəsarət yetirməməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusat zərərçəkmiş şəxslərin və şahidlərin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda, polis şöbəsində verdiyi izahatda hadisə baş verən zaman Bakı şəhərində olduğunu bildirməsi, lakin məhkəmə iclasında verdiyi izahatda həmin vaxt evdə olduğunu etiraf etməsi, zərər çəkmiş şəxslərə heç bir xəsarət yetirmədiyini bildirdiyi halda onlardan üzr istəməsi və bağışlanmağı xahiş etməsi də Şəxs izahatının etibarlılığını şübhə altında qoyur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Padar kəndi ərazisində, yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında baş vermiş mübahisə zamanı onların sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin isə hazırda da ondan şikayətçi olmasını, lakin onun zərər çəkmiş şəxslərlə barışmağa cəhd göstərməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin yüksək həddə - 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar