Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-64/2023 05.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin sədri X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-26/2-489/2023 saylı göstərişi ilə tələb edilən məlumatı və sənədləri təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin sədri X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs ASC xx.xx.2001-ci il tarixdə vergi orqanında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Müəssisə uzun müddət fəaliyyət göstərmiş, müəssisənin fəaliyyəti zəiflədiyindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Vergilər İdarəsinə rəsmi ərizə ilə müraciət edilərək müəssisənin fəaliyyəti dayandırılmışdır və 15 ildir ki, fəaliyyət göstərmir. Eyni zamanda, Şəxs ASC-nin səhmdarı kimi qeyd edilən Cəmil Məmmədovu tanımır və həmin səhmdar Şəxs ASC-nin fəaliyyəti ilə bağlı sənədləri əldə etmək üçün cəmiyyətə müraciət etməmişdir. Buna görə də, ona hər hansı sənəd təqdim edilməmişdir, müraciət edilsəydi də həmin şəxsə müəssisənin fəaliyyətini dayandırıldığı barədə məlumat veriləcəkdi. Müəssisənin fəaliyyətinin olmaması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının ona ünvanladığı məktubun rekvizitlərində göstərilən, Yusif Məmmədov adına olan elektron poçt ünvanına cavab məktubu göndərmişdir. Şəxs ASC-yə göndərilən xx.xx.2023-cü il tarixli məktub xx.xx.2023-cü il tarixdə oğlu Rafik Şuminov tərəfindən, xx.xx.2023-cü il tarixli məktub isə xx.xx.2023-cü il tarixdə işçisi Əminə tərəfindən qəbul edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-26/2-489/2023 saylı məktubundan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı Cəmil Məmmədovun müraciəti əsasında Şəxs ASC-yə məktub göndərilərək Cəmil Məmmədovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, zəruri sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2023-cü il tarixdə Şəxs ASC-yə rəsmi qaydada təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 6-1-26/2-1026/2023 saylı bildiriş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli göstərişlə tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs Şəxs ASC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və həmin məlumatların 5 (beş) iş günü ərzində təqdim edilməsi təklif edilmiş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsilə məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2023-cü il tarixdə Əminə Abdurahmanova tərəfindən qəbul edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı Cəmil Məmmədovun müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə xx.xx.2023-cü il tarixli 6-1-26/2-489/2023 saylı məktub göndərilərək həmin səhmdarın Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, zəruri sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs ASC həmin göstərişə əməl etməmiş, Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 6-1-26/2-1026/2023 nömrəli məktubu ilə tələb edilən məlumatı da təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində müvafiq məlumatların təqdim edilməməsi əsası ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs Şəxs ASC-nin sədri X2 Şəxs ASC-nin fəaliyyətini dayandırdığını və bu barədə məlumatın Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərildiyini bildirmişdir. Hüquqi şəxs Şəxs ASC-nin sədri X2 tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışın qanunamüvafiq qaydada təsdiq edilməyən surətində Şəxs ASCnin fəaliyyətinin dayandırıldığı tarix kimi xx.xx.2017-ci il, fəaliiyətini bərpa edəcəyi tarix kimi isə xx.xx.2022-ci il qeyd edilmişdir. Lakin həmin arayışın Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilməsini və həmin orqan tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda, müəssisənin fəaliyyətinin bərpa edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən sonra yenidən fəaliyyətin dayandırılması barədə sənəd hazırki iş üzrə məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə Şəxs ASC-nin sədri X1 dəlillərinə tənqidi yanaşır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-26/2-489/2023 nömrəli məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən səhmdar Cəmil Məmmədova, xx.xx.2023-cü il tarixli 6-1-26/2-1026/2023 saylı bildiriş məktubu ilə tələb edilən məlumatların isə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsi iş materialları və Şirin Şuminovun izahatı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2-ci, 106-1.3.6-cı, 106-1.3.8-4-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-6.1 və 107-6.3-cü maddələrinin məzmununa görə səhmdarların ümumi yığıncağının protokolunun surəti səhmdarın tələbi ilə ona təqdim edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və hüquqi şəxs Şəxs ASC-nin sədri X1 izahatını dinləyərək qərara gəlir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-64/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-64/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver