Məhkəmə qərarları › İş №3(054)-67/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-67/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-67/2022 25.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 03.12.2021-ci il tarixdə “VAZ 21074 MİNİK” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 20 (iyirmi) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 07.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 03.12.2021-ci il tarixdə “VAZ 21074 MİNİK” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 20 (iyirmi) manat miqdarında inzibati cərimə edilmişdir. O, sonradan diqqətsizlik üzündən həmin cərimə məbləğini ödəməyi unutmuş və cərimə məbləğinə dəbbə pulu hesablanmışdır. O hazırda 20 (iyirmi) manat miqdarında inzibati cəriməni və cərimə məbləğinə hesablanmışəbbə pulunu müvafiq hesaba ödəmişdir. Ona görə də inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 03.12.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokoldan, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan və 07.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 20 (iyirmi) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin protokol əsasında tətbiq edilmiş 20 (iyirmi) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 12 (on iki) manat dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərarı icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin 21.04.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Şəxs aid AB 732282 saylı sürücülük vəsiqəsi ilə bağlı ödənilməyən hər hansı cərimə yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 03.12.2021-ci il tarixdə “VAZ 21074 MİNİK” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 20 (iyirmi) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs 20 (iyirmi) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ona tətbiq edilən 20 (iyirmi) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 12 (on iki) manat dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, o, barəsində tətbiq edilən 20 (iyirmi) manat miqdarında inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış 12 (on iki) manat dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar