Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-7/2025 27.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Famil oğlunun iştirakı ilə xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, evli, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə “QAZ 330200 XÜSUSİ.TƏY.” markalı ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi faktı üzrə Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, “QAZ 330200 XÜSUSİ.TƏY.” markalı ** EM *** dövlət qeydiyyat nişanlı evakuator ona məxsusdur və o, həmin avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə günorta təxminən, 13-14 radələrində həmin evakuatoru idarə edən zaman polis əməkdaşları onu saxlayaraq içkili olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına spirtli içki qəbul etmədiyini bildirdikdə onlar bunu “kağız” vasitəsilə yoxlamağa çalışmışlar. O isə buna etiraz edərək xüsusi aparatla yoxlanılmasını tələb etmişdir. Həmin aparatla yoxlanan zaman onun “yüngül akoqol sərxoşluq” müəyyən edilmişdir. Onu aldadaraq boş “sərxoşluq müayinəsi aktı”na imza etdirmişlər. Bundan sonra o Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək sərxoşluğun müəyyən edilməsi üçün sertifikatlı testdən keçmək istədiyini bildirmiş, bu zaman ona həmin testin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserində mövcud olduğunu bildirmişlər. O həmin tibb müəssisəsinə gedərək yenidən testdən keçmək istədiyini bildirmiş, lakin müəssisə qəti şəkildə bundan imtina etmişdir. Sonra o yenidən şikayət etmiş, bu zaman polis şöbəsindən əməkdaşlar gəlib onun və baş həkimin izahatını almışlar. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Eyni zamanda, o evlidir və himayəsində 2 azyaşlı övladı vardır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş BB 402372 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2974 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə saat 12:45-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcə alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Həmin aktın sonunda Şəxs tərəfindən imza edilməklə “cihaza üfürdüm, göstərici ilə tanış oldum. Müayinə keçdim. Etirazım yoxdur” sözləri yazılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə “QAZ 330200 XÜSUSİ.TƏY.” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında, lakin sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd edilən maddənin məzmunundan inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll olunması müəyyən edilsə də, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında qeyd etdiyi xüsusatları təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən onun inzibati xəta hadisəsini törətməsi ilə bağlı hər hansı şübhə də yaranmamışdır. Eyni zamanda o, tibbi müayinə aktında cihaza üfürdüyünü, göstərici ilə tanış olduğunu, müayinə keçdiyini, eyni zamanda etirazı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında o, həmin yazıların onun tərəfindən icra edildiyini təsdiq etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan 400 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarın inzibati cərimə ilə bağlı hissəsini dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-7/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-7/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver