Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-71/2023 26.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1972-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta ixtisas təhsilli, təqaüdçü, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 17:00 radələrində Oğuz rayonu Kərimli kəndində yaşadıqları evdə atası X3 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun boğaz nahiyəsindən tutub onu boğmağa çalışaraq sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döyməsi faktı üzrə Oğuz rayon X9 Qrupunun təhqiqatçısı Toğrul Alxasovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 17:00 radələrində Oğuz rayonu Kərimli kəndində yaşadıqları evdə atası X3 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun boğaz nahiyəsindən tutub onu boğmağa çalışaraq sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X9 Qrupunun təhqiqatçısı Toğrul Alxasovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. X3 onun atasıdır. Atası ilə aralarında mütəmadi olaraq münaqişələri yaranır. X5 yaşadıqları evdən uzaqlaşdırmaq istəyir. O, spirtli içki aludəçisi olduğundan dəfələrlə Bakı şəhərində narkoloji dispanserdə müalicə almışdır və yenə də müalicəyə ehtiyacı vardır. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə atası ağac kəsməyi üçün ona elektrikli mişarı verməkdən imtina etdiyindən atası ilə aralarında münaqişə yaranmış, münaqişə zəminində atası onu döymək istəyərkən o, əsəbiləşib sadəcə atasını itələmiş, boğmağa çalışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun oğludur. O, oğlu, oğlunun keçmiş həyat yoldaşı və nəvələri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. Şəxs onun oğludur. Babək spirtli içki aludəçisidir və evə daim sərxoş vəziyyətdə gələrək onunla, digər ailə üzvləri ilə mübahisə edir, onları təhqir edir, əsassız mübahisələr edərək yaşadıqları evdə dözülməz mühit yaradır. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olarkən oğlu Babək evə gələrək ağac kəsmək üçün elektrikli mişarı ondan istəmiş, o həmin mişarı Babəkə verməkdən imtina etmişdir. Bu zaman Şəxs onu boğmağa çalışmış və ona bədən xəsarəti yetirmişdir. O, kömək çağırmaq istəsə də evdə heç kəs olmadığından çağıra bilməmiş, bir neçə dəqiqə sonra azyaşlı nəvəsi Fatimə onları görüb qışqırdığı üçün Şəxs onu buraxmış və elektrikli mişarı götürüb getmişdir. O, bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, həmişə Babəkin təhqirlərinə və təhdidlərinə dözmüş və Babəki dəfələrlə bağışlamışdır. Lakin Şəxs indiki səmimiyyətinə inanmır və hazırda da onunla barışmamışdır. Ona görə də Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Oğuz rayon X9 Qrupunun təhqiqatçısı Toğrul Alxasovn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun boynunun sağ yuxarı hissəsinin, sağ əlin üst səthinin və sol mil-bbilək oynağının iç səthinin sıyrığı kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə törənə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə X3 ilə aralarında baş vermiş mübahisə zamanı onu boğmağa çalışmadığı və yalnız itələdiyi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusat zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ələddin Nəcməddinovu yalnız itələməsi nəticəsində ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi belə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasına səbəb olur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 17:00 radələrində Oğuz rayonu Kərimli kəndində yaşadıqları evdə atası X3 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun boğaz nahiyəsindən tutub onu boğmağa çalışaraq sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini və xəsarətin yetirilmə üsulunu, onun şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, öz əməllərindən peşman olmadığını və zərərçəkmiş şəxslə barışmağa təşəbbüs də göstərmədiyini, zərərçəkmiş şəxsin hazırda da ondan şikayətçi olmasını, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə Şəxs tətbiq edilən inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini qanuna uyğun hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-71/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-71/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver