Məhkəmə qərarları › İş №3(054)-73/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-73/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-73/2023 11.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, subay, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi “Kia Cerato” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Bakı şəhər Nəsimi rayonu Azadlıq prospekti ərazisində hərəkətdə olarkən qarşıdan gələn, Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması, bununla da sonuncuya yüngül bədən xəsarəti və onun avtomobilinə maddi zərər vurması faktı üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilməklə Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli AP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin protokol üzrə toplanmış inzibati material ərazi aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Nəsimi adlı qonşusuna məxsus “Kia Cerato” markalı ** NH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə Bakı şəhər Nəsimi rayonu Azadlıq prospekti ilə üzü 28 may istiqamətində hərəkət edərək Ə.Qasımzadə küçəsinin kəsişməsində bir anlıq diqqətsizlik edərək işıqforun qadağan edici qırmızı işığında yolayrıcına daxil olduqda sağ tərəfdən Ə.Qasımzadə küçəsi ilə düzünə hərəkətdə olan sonradan markasını və nömrə nişanını gördüyü, qarşıdan gələn, Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı o, xəsarət almamış, lakin digər avtomobilin sürücüsü yüngül xəsarət aldığından təcili yardımla xəstəxanaya getmişdir. O, avtomobili təxminən 30 km/saat sürətlə idarə etmişdir, lakin məsafə az olduğu üçün əyləcdən istifadə etsə də, toqquşma qaçılmaz olmuşdur. Digər avtomobilə dəymiş zərəri sığorta ödəmiş, o özü bundan əlavə zərərçəkmiş şəxsə 750 manat da ödəniş etmişdir. İlk dəfədir ki, belə bir inzibati xəta törədir. O, törətdiyi əməlindən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirdi ki, Şəxs onun oğludur. Şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində “Kia Cerato” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Bakı şəhər Nəsimi rayonu Azadlıq prospektində hərəkətdə olarkən qarşıdan gələn, Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə sonuncuya yüngül bədən xəsarəti və onun avtomobilinə maddi zərər vurmuşdur. Lakin zərərçəkmiş şəxsə dəymiş maddi zərərin bir hissəsi sığorta şirkəti tərəfindən, bir hissəsi isə Şəxs tərəfindən ödənilmişdir. Eyni zamanda Şəxs inzibati xəta hadisəsini törədərkən yetkinlik yaşına çatmamışdır. xx.xx.2023-cü il tarixdə Məhəmmədin 18 yaşı tamam olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Mirzəyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində 02 radələrində “Kia Cerato” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Bakı şəhər Nəsimi rayonu Azadlıq prospekti ərazisində yol-nəqliyyat hadisəsi törətməsi faktı üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilməklə həmin qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Həmin qərar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Qeyd olunan qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törəməsi faktı təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2005-ci il tarixdə anadan olmaqla, inzibati xəta hadisəsinin törədildiyi vaxt -xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində “Kia Cerato” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Bakı şəhər Nəsimi rayonu Azadlıq prospektində hərəkətdə olarkən qarşıdan gələn, Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə sonuncuya yüngül bədən xəsarəti və onun avtomobilinə maddi zərər vurulmasına səbəb olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun qanuni nümayəndəsinin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, inzibati xətanı törədən zaman yetkinlik yaşına çatmaması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar