Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-77/2024 17.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, fərdi identifikasiya nömrəsi 1S8DNU6 Mürsalızadə Qadir Əlmürsəl oğlunun Oğuz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından şikayətinə dair Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş inzibati materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Mürsalızadə Qadir Əlmürsəl oğlu Oğuz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Mürsalızadə Qadir Əlmürsəl oğlu Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Oğuz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mürsalızadə Qadir Əlmürsəl oğlunun inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair inzibati material inzibati xəta hadisəsinin Oğuz rayonu ərazisində törədilməsi, şikayətə baxılmasının yeri barədə əsaslandırılmış vəsatətin əlavə edilmədiyi nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Mürsalızadə Qadir Əlmürsəl oğlu həmin inzibati materiala Oğuz Rayon Məhkəməsində baxılması üzrə məhkəmə iclasına gəlməmiş, məhkəməyə vəsatət göndərərək qeyd etmişdir ki, maddi vəziyyəti və səhhəti ilə bağlı təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də hazırki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı və inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin hazırki vəsatətini əlaqəli şəkildə araşdıraraq hesab edir ki, vəsatət qəbul edilməli və inzibati xəta haqqında material ilə birlikdə ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinin məzmununa görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Mürsalızadə Qadir Əlmürsəl oğlu tərəfindən törədildiyi ehtimal edilən inzibati xəta hadisəsi Oğuz rayonu ərazisində qeydiyyata alınmış olsa da, Mürsalızadə Qadir Əlmürsəl oğlu Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 4B ünvanında qeydiyyatdadır. Mürsalızadə Qadir Əlmürsəl oğlu onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan da özünün yaşadığı yer üzrə məhkəməyə şikayət vermişdir. İş materiallarından görünür ki, Mürsalızadə Qadir Əlmürsəl oğlu barəsində Oğuz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan özünün yaşadığı yer üzrə məhkəməyə şikayət verməklə, işə onun özünün yaşadığı yer üzrə baxılmasını xahiş etdiyi barədə fikrini ifadə etmiş hesab olunur. Buna baxmayaraq Mürsalızadə Qadir Əlmürsəl oğlunun inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda da Mürsalızadə Qadir Əlmürsəl oğlu işə Oğuz Rayon Məhkəməsində baxılmasını istəmir və işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Mürsalızadə Qadir Əlmürsəl oğlu inzibati tənbeh vermə haqqında qərardan özünün yaşadığı yer üzrə məhkəməyə şikayət verməklə yanaşı, həmin şikayətə dair iş Oğuz Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra da ərazi aidiyyəti ilə bağlı ayrıca vəsatət verməklə, işə özünün yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir və qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, həmin vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməlidir. Mürsalızadə Qadir Əlmürsəl oğlunun ərazi aidiyyəti ilə bağlı hazırki vəsatəti təmin ediləcəyi təqdirdə, iş Sumqayıt Şəhər Məhkəməsinə, yəni həmin işi Oğuz Rayon Məhkəməsinə göndərən məhkəməyə qaytarılmalıdır. Bu da nəticə etibarilə məhkəmələr arasında aidiyyət qaydalarının mübahisələndirilmiş olmasına səbəb olacaqdır. Ərazi aidiyyətinə dair bu cür vəsatətlərin həlli qaydası ilə bağlı inzibati xətalar haqqında qanunvericilikdə konkret norma nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, həmin məsələyə apelyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməsi zərurəti vardır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Mürsalızadə Qadir Əlmürsəl oğlu Sumqayıt şəhəri ərazisində yaşadığına və işin baxılması üçün özünün yaşadığı ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə vəsatət verdiyinə görə onun vəsatəti inzibati xəta haqqında material ilə birlikdə ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Mürsalızadə Qadir Əlmürsəl oğlunun Oğuz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından şikayətinə dair inzibati material Mürsalızadə Qadir Əlmürsəl oğlunun vəsatəti əsasında ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-77/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-77/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver