Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-79/2023 23.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1971-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Oğuz rayon Polis Şöbəsinın əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs özünə məxsus üç baş iribuynuzlu heyvanı asfalt yolla ötürməklə yol hərəkəti qaydalarını pozmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21144 MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə bir baş iribuynuzlu heyvanı vurmuş, nəticədə “VAZ 21144 MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Oğuz rayonu Xaçmaz kəndində yaşayır və təsərrüfatında iribuynuzlu mal-qara saxlayır. Heyvanları hər gün örüş sahəsinə sürür və axşamtərəfi heyvanlar özləri geri qayıdırlar. xx.xx.2023cü il tarixdə o, kənd ərazisində ona məxsus iribuynuzlu malları asfalt yoldan keçirən zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21144 MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus iki baş camış vurulmuş, onlardan biri yaralanmışdır. Həmçinin, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi camışın yolda sahibsiz və ya nəzarətsiz qalması ilə əlaqədar deyil, avtomobilin yüksək sürətlə idarə edilməsi ilə əlaqədar olmuşdur. O, hər hansı inzibati xəta hadisəsi törətməmiş və heç kimə maddi zərər vurmamışdır. Əksinə, yol-nəqliyyat hadisəsi nəticəsində bir baş camışı yaralanmaqla onun özünə maddi zərər dəymişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, “VAZ 21144 MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə Sincan kəndindən Xaçmaz kəndi istiqamətində yola düşmüşdür. Həmin gün saat 21:00 radələrində qoşa yol adlanan ərazidə asfalt yol ilə hərəkətdə olarkən yol kənarındakı ağacların arasından qəfildən üç baş camış yolun sol tərəfindən sağ tərəfinə keçib asfalt hissəyə, yəni onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. O, əyləci basmış, ancaq camışlar qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığına görə avtomobili saxlaya bilməmiş və camışlardan birini vurmuşdur. Avtomobilinə dəymiş maddi ziyan məbləği indiyədək ödənilməmişdir. O, avtomobilinə dəymiş maddi ziyan məbləğinin camışın sahibi Şəxs tərəfindən ödənilməsini tələb edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 181 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. “Avto-Klub” Servisin iş materiallarına əlavə edilmiş aktından müəyyən edilir ki, “VAZ 21144 MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 1060 (bir min altmış) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində (o cümlədən, mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması; malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi və sair bu kimi hərəkətlər) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan cərimənin aşağı həddində - 80 (səksən) manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğdə inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-79/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-79/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver