Məhkəmə qərarları › İş №3(054)-79/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-79/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-79/2024 08.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. X4 xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətində qeyd etmişdir ki, o, bir müddət əvvəl müəyyən sənədləşmə işlərinin görülməsi üçün ASAN xidmət mərkəzinə müraciət etmişdir. Mərkəzdən ona bildirilmişdir ki, prosedurun həyata keçirilməsi üçün əvvəlcədən olan cərimə borclarının ödənişini həyata keçirməlidir. Araşdırma apardıqda isə müəyyən olunmuşdur ki, onun adına İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.3 maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan məlumatsız olduğuna görə sürücülük hüququ məhdudlaşdırılmış və avtomobilin də üzərinə həbs qoyulmuşdur. Protokol və qərarın rəsmi surətdə alınması üçün o ilkin olaraq səlahiyyətli orqana müraciət etmişdir. Onun müraciətindən sonra xx.xx.2024-cü il tarixində qərar ona təqdim edilmişdir. Onun tərəfimdən qayda pozuntusu baş verməmişdir. Belə ki, avtomobilə dair onun adına yazılmış olan sonuncu etibarnaməyə əsasən avtomobili faktiki olaraq idarə edən şəxs tərəfindən qayda pozuntularına yol verilmiş və o qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin avtomobilə dair mülkiyyətçi X3 ilə onun arasında xx.xx.2017-ci il tarixində alqi-satqi ilə bağlı razılıq baş tutmuş, nəticədə mülkiyyətçi tərəfindən beh ödənildikdən sonra onun adına etibarnamə verilmiş və o, avtomobili yoxlanışdan keçirmək üçün servisə müraciət etmişdir. Servisdən ona bildirilən fikirlərdən sonra avtomobili almaq fikrindən daşınmışdır. Bundan sonra həmin avtomobili ya mülkiyyətçi özü idarə etmiş ya da digər şəxslərin istifadə və sərəncamına vermişdir. Hər hansı sübutun olmaması səbəbindən bu qərar ləğv edilməlidir. Hal-hazırda əsassız olaraq barəsində tərtib edilmiş qərarın ləğv edilməsini əsaslı sayır. Eyni zamanda bu qərar elektron videoqeydiyyat sistemi tərəfindən qəbul edilmişdir və məlumdur ki, avtonəqliyyat vasitəsini idarə edən şəxsin kim olmasını həmin texniki vasitələr müəyyən edə bilməz. Bu səbəblə də hesab edir ki, həmin qərar əsassızdır. Ona görə də barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X4 hazırki şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirsə də, həmin qərardan hansı səbəbdən narazı qaldığını əsaslandırmamışdır. Həmçinin, X4 qeyd olunan protokolun və qərarın qanunsuz və ya əsassız olması ilə bağlı, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı sübutunu da məhkəməyə təqdim etməmişdir. X1 hazırki şikayətində qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Eyni zamanda, X4 onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərardan sənədləşmə işlərinin görülməsi zamanı xəbər tutduğunu qeyd etsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, həmin qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermədiyinin üzürlü səbəblərdən baş verməsini əsaslandırmamışdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 115, 117, 126, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023cü il tarixli EQ 16187590 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar