Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-8/2025 27.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Oğuz rayonu Sincan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, ali təhsilli, Oğuz rayon Sincan Bələdiyyəsinin sədri, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz rayon Sincan Bələdiyyəsinin sədri Şəxs tərəfindən həmin bələdiyyənin xx.xx.2024cü il tarixli 16 saylı iclas protokolunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə vaxtında təqdim edilməməsi faktı üzrə onun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İdarə tərəfindən məhkəməyə müraciət göndərilərək işə Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Oğuz rayon Sincan Bələdiyyəsinin sədri vəzifəsində çalışır. Əvvəllər iclas protokolları 5 iş günü ərzində göndərilməli idi. Sonradan dəyişiklik edilərək həmin müddət azaldılmışdır. Lakin onun həmin dəyişiklikdən xəbəri olmamışdır. Sincan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 saylı iclas protokolu İdarəyə göndərmiş olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə tələb edilən müddətdən 2 gün gec çatmışdır. Bələdiyyə sədri kimi iş təcrübəsi az olduğundan bələdiyyənin protokollarının son dəyişikliyə əsasən 3 iş günü ərzində göndərilməli olduğunu bilməmiş, sənədlərin müvafiq orqana qanunauyğun şəkildə göndərilməsinə də lazımi qaydada nəzarət etməmişdir. Ona görə də Şəki Regional Ədliyyə İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bir daha belə inzibati xətaya yol verməyəcəkdir. Bələdiyyə sədri kimi bələdiyyənin iclas protokolunun müvafiq orqana qanunauyğun şəkildə və vaxtında göndərilməsini təmin etmədiyinə görə əməlindən səmimi peşman olduğunu bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Oğuz rayon Sincan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 saylı iclas protokolunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə vaxtında təqdim olunması həmin bələdiyyənin sədri Şəxs tərəfindən təmin edilməmişdir. Bələdiyyənin sədri Şəxs izahatında qeyd etdiyi xüsusatlar onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini istisna edən hal deyildir. Oğuz rayon Sincan Bələdiyyəsinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs sədri olduğu Oğuz rayon Sincan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 saylı iclas protokolunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə vaxtında təqdim edilməsini təmin etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan aşağı həddə - 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-8/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-8/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver