Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-80/2022 31.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Şəxs haqqında Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından Şəxs verdiyi şikayətə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs idarə etdiyi “SAMAND SE MİNİK” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 (altmış) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokola məhkəmə iclasında baxılarkən Şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, həmçinin, onun barəsində tətbiq edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə hesablanmış dəbbə pullarını ödəməsi barədə ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə verərək bildirmişdir ki, onun barəsində tətbiq edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə hesablanmış dəbbə pullarını ödəmişdir. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta törədən şəxs Şəxs hazırki şikayətə baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, Şəxs onun barəsində tətbiq edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə hesablanmış dəbbə pullarını tam şəkildə ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs idarə etdiyi “SAMAND SE MİNİK” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat miqdarında və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 (altmış) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə bağlı ərizə vermiş və ona tətbiq edilən inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə hesablanmış dəbbə pullarını tam şəkildə ödəməsi barədə sənədi məhkəməyə təqdim edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs onun barəsində tətbiq edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə hesablanmış dəbbə pullarını müvafiq hesaba tam şəkildə ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərara onun vəsatəti əsasında xitam verilməli və Şəxs həmin inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmasına dair Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 80 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına Şəxs vəsatəti əsasında xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-80/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-80/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver