Məhkəmə qərarları › İş №3(054)-80/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-80/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-80/2025 17.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X7 Patrul Xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, Oğuz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə avtomobili narkotik vasitə isifadə etmiş vəziyyətdə idarə etdiyinə görə xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq xx.xx.2025-ci il tarixdə “OPEL ASTRA MİNİK” markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə isifadə etmiş vəziyyətdə idarə etməsi faktı üzrə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Oğuz şəhəri ərazisində xidmətdə olarkən “OPEL ASTRA MİNİK” markalı ** GU *** qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevretmə qaydalarını pozduğunun şahidi olmuş və həmin avtomobilə “saxla” işarəsi vermişdir. O, avtomobilə yaxınlaşdıqda sürücünün narahat olduğunu görmüş və sürücüdən özünü yaxşı hiss edib-etmədiyini soruşmuşdur. Sürücü söhbət əsnasında ona arabir taksi fəaliyyəti ilə məşğul olduğunu, təxminən, 1 həftə qabaq Bakı şəhərinə sərnişin apararkən, həmin şəxsdən siqaret aldığını, bir müddət sonra isə halının pisləşdiyini, bundan sonra avtomobili yolun kənarında saxlayaraq sərnişindən ona siqaret adı altında nə verdiyini soruşduğunu, sərnişinin isə narkotik vasitə olduğunu dediyini bildirmişdir. Bundan sonra isə sürücünü tibbi müayinəyə gətirmişlər. Tibbi müayinədən sonra şəxsin narkotik sərxoşluğunda olması aşkar edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə avtomobili narkotik vasitə isifadə etmiş vəziyyətdə idarə etdiyinə görə xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə onun barəsidə protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, “OPEL ASTRA MİNİK” markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur və o, həmin avtomobili idarə edir. O, xx.xx.2024-cü il tarixdə səhv edərək narkotik vasitə istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitə istifadəsində isə onun günahı yoxdur. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdən, təxminən, 1 həftə əvvəl Bakı şəhərinə sərnişin apararkən siqareti qurtardığından sərnişindən istəmiş, həmin şəxsin ona verdiyi siqareti çəkməyə başlamışdır. Bundan sonra onun halı pisləşməyə başlamış və gözləri qaralmışdır. O, avtomobili yolun kənarında saxlamış və sərnişindən ona siqaret adı altında nə verdiyini soruşmuşdur. Sərnişin isə cavabında narkotik vasitə olduğunu bildirmişdir. O, dərhal həmin şəxsi avtomobilindən qovmuşdur. xx.xx.2025-ci il tarixdə narahatçılığının əsas səbəbi hava şəraitinin pis olması ilə əlaqədar başında yaranan ağrılar olmuşdur. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşmış və özünü yaxşı hiss edibetmədiyini, hər hansı narkotik vasitə qəbul edib-etmədiyi soruşulmuş, o bir həftə əvvəl narkotik vasitə qəbul etdiyini dedikdə isə onu narkoloji xəstəxanaya aparmışlar. Orada məlum olmuşdur ki, o narkotik maddə olan qəbul edib avtomobili idarə etmişdir. O, əməlindən səmimi peşman olmuşdur və bir daha belə əməllərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çəçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs xx.xx.2025-ci il tarixdə deyil, həmin tarixdən bir həftə əvvəl narkotik vasitə qəbul etdiyindən inzibati xəta tərkbinin olmadığını bildirərək hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş BC512343 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs B,C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ vardır. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin DYPB-nin həmin dövrdəki rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 88 nömrəli sərxo.luq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə tibbi müayinədən keçirilərkən onun narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə avtomobili narkotik vasitə isifadə etmiş vəziyyətdə idarə etdiyinə görə xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, yenidən xx.xx.2025-ci il tarixdə “OPEL ASTRA MİNİK” markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında, lakin narkotik vasitə isifadə etmiş vəziyyətdə idarə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, və məsuliyyəti yüngülləşdirən halı, habelə, hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarın inzibati cərimə ilə bağlı hissəsini dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar