Məhkəmə qərarları › İş №3(054)-82/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-82/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-82/2022 27.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1964-cü il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş, Oğuz rayonu Bucaq kəndində yaşayan, ali təhsilli, evli, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memarı vəzifəsində işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx5 Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Oğuz rayonu Kərimi kəndi ərazisində X1 qeyri-yaşayış obyektinin tikintisi üçün 07.03.2022-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyəti tərəfindən “Obyektin tikintisinə icazə sənədi” verilməsi, lakin müvafiq sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməməsi faktı üzrə Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memarı Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 26.04.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memarı vəzifəsində işləyir. Oğuz rayonu Kərimi kəndi ərazisində X1 qeyriyaşayış obyektinin tikintisi üçün Oğuz rayon İcra Hakimiyyəti tərəfindən 07.03.2022-ci il tarixdə “Obyektin tikintisinə icazə sənədi” verilmişdir. Həmin ərəfələrdə məzuniyyətdə olması, məzuniyyətdən qayıtdıqdan sonra isə işinin çoxluğu ilə bağlı müvafiq sənəd və məlumatların reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vaxtında göndərilməsinə diqqət yetirməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Sənədlərin göndərilməsinə lazımi qaydada nəzarət etmədiyinə görə əməlindən səmimi peşman olduğunu bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Oğuz rayonu Kərimi kəndi ərazisində X1 qeyri-yaşayış obyektinin tikintisi üçün 07.03.2022-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyəti tərəfindən “Obyektin tikintisinə icazə sənədi” verilmiş, lakin müvafiq sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memarı Şəxs tərəfindən təmin edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memarı Şəxs 07.03.2022-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyəti tərəfindən “Obyektin tikintisinə icazə sənədi” verilməsi ilə bağlı müvafiq sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsini təmin etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan aşağı həddə - 500 (beş yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar