Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-83/2022 25.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Yemişənli kəndində anadan olmuş, həmin kənddə yaşayan, ali təhsilli, işsiz, subay, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: 19.01.2022-ci il tarixdə saat 15 radələrində Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “MERCEDES BENZ C180 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, X3 isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaları faktı ilə bağlı başlanmış cinayət işi üzrə Oğuz rayon X6 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun 20.04.2022-ci il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə 22.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol və ona əlavə edilən sənədlər İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə işə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 19.01.2022-ci il tarixdə saat 15 radələrində “MERCEDES BENZ C180 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr etmə qaydalarını pozaraq idarəetməni itirdiyindən avtomobil onunla eyni istiqamətində hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ 3110” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra “QAZ 3110” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, X2 idarə etdiyi “KAMAZ 5410” yük markalı avtomobilin yarımqoşqusunun arxa sol təkərinə dəyərək yolun mərkəzinə doğru aşmışdır. Nəticədə “QAZ 3110” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri və həmin avtomobildə olan sərnişin X4 isə sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almışlar. O, hər iki zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmiş və zərərçəkmiş şəxslərin hazırda ondan hər hansı şikayət və ya tələbləri yoxdur. Yol hərəkəti qaydalarını pozduğuna görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsi nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 19.01.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, arvadı X4 isə sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almışlar. Şəxs onlarla barışıb razılıq əldə etmişdir və onun hazırda Şəxs hər hansı şikayəti və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 20.04.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs, Zərərçəkmiş şəxs və X2 19.01.2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən onların sərxoş olmadıqları müəyyən edilmişdir. Eyni zamanda, həmin qərara əsasən müəyyən edilir ki, baş vermiş hadisə nəticəsində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almış X1 Hafiz Firavan oğlu ilə barışdığı barədə Oğuz rayon Polis Şöbsinə ərizə verdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən həmin fakt üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 19.01.2022-ci il tarixdə saat 15 radələrində Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “MERCEDES BENZ C180 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, X4 isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs zərərçəkmiş şəxslərlə razılıq əldə etməklə törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldırması və əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Oğuz rayon Polis Şöbəsindən DYPB tərəfindən tərtib edilmiş 22.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-83/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-83/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver