Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-84/2024 17.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə X4 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X8 məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 şikayətində qeyd etmişdir ki, o Oğuz rayon Böyük Söyüdlü kəndində yaşayır. BC602296 saylı sürücülük vəsiqəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək Al, A, B1, B, C1, C, D1, D, C1E və CE kateqoriyali avtomobilləri idarə etmək hüququ vardır. O etibarnamə əsasında BB331976 saylı X3 Şəhadətnaməsinə əsasən X5 mülkiyyətində olan ** FF *** qeydiyyat nişanlı, BMW Minik markali, 520D Minik SEDAN tipli avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə həmin avtomobillə Bakı şəhəri Xətai rayonu Sənan Kərimov küçəsində yolun kənarında dayanarkən X2 idarə etdiyi “TOYOTA COROLLA” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfdən idarə etdiyi avtomobilin qabaq sol təkərinə öz avtomobilinin arxa sağ qapısını sürtmüşdür. Hadisə nəticəsində avtomobillərin heç birinə heç bir ciddi ziyan dəyməmişdir. Onun bu hadisədə heç bir günahı olmadığı halda barəsində Xətai rayon DYPS Axtarış üzrə inspektor polis kapitanı X9 tərəfindən sonradan heç bir araşdırma aparılmadan, avtomobillərin heç birinə baxış keçirilmədən xx.xx.2024-cü il tarixli İXP ******* sayli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan həmin protokol əsasında onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddələri ilə 100 manat cərimə və 4 bal tətbiq edilmişdir. O barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqinda protokolu əsassız və qanunsuz hesab edir. Belə ki, o qeyd edilən tarixdə heç bir yol hərəkəti pozmamış, hər hansı qanun pozuntusuna yol verməmiş və bu barədə protokolu tərtib edən Xətai rayon DYPŞ Axtarış üzrə inspektor polis kapitanı X6 da etirazını bildirmişdir. O Xətai rayon DYPŞ Axtarış üzrə inspektor polis kapitanı X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibatı xəta haqqinda protokol əsasında qərar qəbul edilməsindən, 100 manat məbləğində cərimə və 4 bal tətbiq edilməsindən narazı və şikayətçidir. Ona görə də barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Oğuz rayonu Böyük Söyüdlü kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yaşayır. O, xx.xx.2024cü il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu Səməd Əliyev küçəsində yolun sağında avtomobili ilə dayanmışdır. Həmin yol dar olduğundan başqa bir avtomobil öz qapısını onun avtomobilinə sürtmüşdür. Həmin vaxt avtomobilə heç bir ziyan dəyməmişdir. O, həmin ərazidən uzaqlaşdıqdan sonra digər avtomobilin sahibi Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək ondan şikayət etmişdir. Avtomobil sahibi şikayətində qeyd etmişdir ki, guya o, hadisə yerindən yayınmışdır. Halbuki hadisə baş verən zaman onların arasında heç bir problem olmamış, bu səbəbdən o həmin ərazini tərk etmişdir. Sonradan o, digər avtomobilin sahibi ilə telefonla əlaqə saxladıqda ona sığorta ödənişi almaq məqsədi ilə şikayət etdiyini etiraf etmişdir. O, bu məsələ ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsində də olmuşdur, lakin polis əməkdaşları hadisə ilə bağlı kifayət qədər araşdırma aparmamış, onun barəsində protokol tərtib etmiş və həmin protokol əsasında da qərar qəbul etmişlər. Qeyd etdikləri nəzərə alınmaqla Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 xx.xx.2024-cü il tarixə təyin edilən növbəti məhkəmə iclasında verdiyi izahtında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə hadisə baş verdikdən sonra qəzanı törətmiş avtomobilin sahibi avtomobildən enərək onu şərləmiş və 200 manat pul istəmişdir. O da bu məsələyə əsəbiləşərək avtomobili ilə həmin ərazini tərk etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin Axtarış üzrə inspektoru polis kapitanı X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin Axtarış üzrə inspektoru polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə X4 Polis İdarəsində verdiyi izahatında Arzu İsmayılov qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:17 radələrində etibarnamə ilə idarə etdiyi “BMW 520” markalı ** FF *** nömrəli avtomobillə Sənan Kərimov küçəsində “TAYOTA CAROLLA” markalı ** MB *** nömrəli avtomobilin sürücüsü onun avtomobilinə çox yaxın saxlamışdır. O da rolu buraraq arxaya verib çıxmaq istəyərkən qabaq sol təkəri digər sürücünün avtomobilinin arxa sağ qapısına dəymişdir. Avtomobildən enərək baxmış və görmüşlər ki ciddi bir şey yoxdur, bir balaca qapı batmışdır. Ona görə də o, hadisə yerindən getmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. X8 şikayətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin Axtarış üzrə inspektoru polis kapitanı X9 tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirib iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında hadisə yerindən yayınmasına əsas olan müxtəlif səbəblər göstərsə də, qeyd olunan protokolda göstərilən inzibati xətaya həqiqətən yol verdiyini özü də etiraf etmişdir. X4 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X4 məhkəmə iclasında verdiyi izahatında digər şəxs barəsində qeyd etdiyi xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X8 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin Axtarış üzrə inspektoru polis kapitanı X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X4 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X4 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nin Axtarış üzrə inspektoru polis kapitanı X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-84/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-84/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver