Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-85/2023 30.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil2 iştirakı ilə xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, orta təhsili, fərdi əmək fəaliyyəti ilə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 390 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 3186 manat tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hazırki işə ilk dəfə mahiyyəti üzrə baxılarkən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 85 / 2023 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 85 / 2023 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və Şəxs barəsində inzibati qaydada həbs seçilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (107) - 208 / 2023 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 85 / 2023 nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (107) - 208 / 2023 nömrəli qərarında qeyd edilmişdir ki, hazırkı halda Şəxs protokol tərtib edilənədək qədər borc məbləğindən sadəcə 150 manat ödəniş etməsi onun məqsədinin məhkəmə qətnaməsinin icra edilməsi deyil, həmin vaxt tətbiq ediləcək inzibati tənbeh tədbirindən yayınmaq məqsədi daşımasıdır. Həmçinin, işdən görünür ki, apellyasiya şikayəti məhz tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş və şikayətində qərardan narazı olduğunu bildirmiş və buna görə də qərarın ləğv edilərək Şəxs inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən barəsində axtarış elan edilməsini və icra sənədinin məhkəmə prosesinədək icra etməməsini nəzərə almamışdır. Öyrənilən işdən aydın olduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs nəinki məhkəmə qərarını icra etməmiş, ümumiyyətlə icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən də xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində barəsində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 85 / 2023 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 390 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu indiyədək tələbkara cəmi 150 manat ödəmişdir və hazırda onun tələbkara 3036 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Eyni zamanda, onun övladı xəstədir və hazırki vəziyyətdə yaranmış borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil2 qeyd etdi ki, borclu maddi imkanı olmadığından borc məbləğini tam şəkildə bugünədək ödəyə bilməmişdir . Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə kreditor təşkilatın səlahiyyətli əməkdaşı ilə telefon vasitəsilə əlaqə saxladıqda icra sənədinin vaxtında və tam şəkildə icra edilməsi tələb edildiyi bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 390 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbkara olan 3186 manat borc məbləğindən indiyədək cəmi 150 manat ödəmişdir və hazırda onun 3036 manat borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bu səbəbdən də xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində barəsində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək, eyni zamanda, tədqiq olunmuş sübutlara məcmu halında və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (107) - 208 / 2023 nömrəli qərarında qeyd edilənlərlə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 12 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-85/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-85/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver