Məhkəmə qərarları › İş №3(054)-86/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-86/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-86/2024 16.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 217 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Qərar üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 217 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qərarına dair icra sənədi üzrə inzibati cərimənin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs bildiriş göndərilmiş, lakin o, icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə məbləği indiyədək ödənilməmiş qalmışdır. İcra sənədi üzrə müvafiq orqanlara sorğular göndərilmiş, lakin Şəxs məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 217 / 2023 nömrəli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələri ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Onun qızı tələbədir və başqa şəhərdə təhsil alır. O, cərimə məbləğini qızının təhsili ilə əlaqədar zəruri xərclərlə bağlı ödəyə bilməmişdir. İşsiz olduğundan həmin cəriməni hazırda da ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 217 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə indiyədək ödənilməmiş qalmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati tənbeh kimi həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini, cərimənin miqdarını nəzərə alaraq ictimai işlərin 200 (iki yüz) saat müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs ictimai işlər inzibati tənbehini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerdə yerinə yetirsin. İctimai işlər inzibati tənbehinin əvvəli Şəxs həmin orqan tərəfindən müəyyən edilmiş yerdə qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar