Məhkəmə qərarları › İş №3(054)-87/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-87/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-87/2022 31.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1983-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Xaçmaz kəndində yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs “FORD TRANSİT YÜK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 21.09.2021-ci il tarixdən 23.01.2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 13.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Şəxs barəsində 21.09.2021-ci il tarixdən 23.01.2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollardan və elektron informasiya məlumat sistemi üzrə çıxarışlardan, Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 13.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “FORD TRANSİT YÜK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 21.09.2021-ci il tarixdən 23.01.2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra edilməmiş, cərimə məbləğlərinə dəbbə pulları hesablanmışdır. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs adına olan sürücülük vəsiqəsi üzərində onun barəsində tərtib edilmiş, hazırki işdə qeyd edilən inzibati xəta haqqında protokollar üzrə hazırki vəziyyətdə ödənilməyən inzibati cərimə məbləği və ya həmin cərimələrə hesablanmış dəbbə pulları məbləği yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs “FORD TRANSİT YÜK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 21.09.2021-ci il tarixdən 23.01.2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə edilmişdir. Şəxs inzibati cərimə məbləğlərini qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğlərinə dəbbə pulları hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs hazırki işdə qeyd edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinii və həmin cərimələrə hesablanmış dəbbə pullarını ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, hazırki işdə qeyd edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinii və həmin cərimələrə hesablanmış dəbbə pullarını ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110- 115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar