Məhkəmə qərarları › İş №3(054)-89/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-89/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-89/2024 18.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1955-ci il tarixdə Xaldan rayon Taxılçılıq Sovxozunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2n, evli, ali təhsilli, təqaüdçü, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində Oğuz şəhəri ərazisində küçədə ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmadığı üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələbləri pozulmşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayon Polis Şöbəsinin polis nəfərləri Orxan Həbibullayev və Səbuhi Abbasov xidmətdə olarkən şəhər ərazisində preslənmiş kömür sexi aşkar etmiş, həmin müəssisənin rəhbəri Şəxs orada yoxlama aparılan zaman polis əməkdaşlarının və ölkə rəhbərliyinin ünvanına təhqiredici ifadələr işlətmişdir. Polis əməkdaşları yaxınlaşaraq onu intizama dəvət etmişlər. Lakin Şəxs öz hərəkətlərini davam etdirmiş, bundan sonra o, polis əməkdaşları tərəfindən Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin fakt əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, uzun müddət həkim işləmiş və təqaüdə çıxmışdır. Hazırda “sıxılmış kömür” işi ilə məşğuldur. O fəaliyyət götərdiyi müəssisəyə 7 gün əvvəl öyrətmək məqsədi ilə bir neçə nəfər gətirmişdir. xx.xx.2024-cü il tarixdə özünü polis əməkdaşı kimi təqdim edən ikisi mülki geyimdə olan 3 nəfər onun çalışdığı müəssisəyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları olduqlarını güman etdiyi şəxslər ondan işçilərin əmək müqaviləsini tələb etmişlər. O isə həmin şəxslərə yeni işə başladıqlarını, işçilərə işin profilini öyrətdikdən sonra onlarla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Sonra polis əməkdaşları onu və digər işçiləri Polis Şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə könüllü şəkildə avtomobilə əyləşərək Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gələn zaman yolda o, polis əməkdaşlarının yanında sadəcə olaraq yaşayış səviyyəsinin aşağı olmasına narazılığını bildirmiş, pensiya məbləğinin azlığından və uşaq pulunun verilməməsindən gileylənmişdir. Bu zaman o nə polis əməkdaşlarının, nə də ki digər şəxslərin ünvanına ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmişdir. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon X8 Patrul Xidmətinin polis nəfəri X1 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşı X3 ilə birlikdə Oğuz şəhərində xidmətdə olarkən, şəhər ərazisində fəaliyyət göstərən, qəlyan-kömür istehsal edən müəssisədə işləyən şəxslərin əmək müqaviləsinin olub-olmamasını yoxlamaq məqsədi ilə oraya baxış keçirilən zaman özünü həmin müəssisənin müdiri kimi təqdim edən Şəxs onların oraya niyə gəldiklərini soruşmuşdur. Bundan sonra isə 220 manat pensiya almasından, uşaq pulu verilməməsindən narazı olduğunu bildirmişdir. Onlar Şəxs belə sözlər danışmamalı olduğunu bildirmiş və onu Polis Şöbəsinə gətirmişlər. Bu zaman Şəxs Polis Şöbəsinə getməyə etiraz etməmiş, onlara tabesizlik göstərməmişdir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon X8 Patrul Xidmətinin polis nəfəri X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşı X1 ilə birlikdə Oğuz şəhərində xidmətdə olarkən, şəhər ərazisində fəaliyyət göstərən, qəlyan-kömür istehsal edən müəssisədə işləyən şəxslərin əmək müqaviləsinin olub-olmamasını yoxlamaq məqsədi ilə oraya daxil olmuş, baxış keçirilən zaman özünü həmin müəssisənin müdiri kimi təqdim edən Şəxs onların oraya niyə gəldiklərini soruşmuşdur. Bundan sonra isə 220 manat pensiya almasından, uşaq pulu verilməməsindən narazı olduğunu bildirmiş, ölkə rəhbərliyinə lazımsız ifadələr işlətmiş, polisin basqın etdiyini demişdir. Lakin həmin vaxt Şəxs kiminsə ünvanına söyüş söyməmişdir. Onlar Şəxs belə sözlər danışmamalı olduğunu bildirmiş və onu Polis Şöbəsinə gətirmişlər. Bu zaman Şəxs Polis Şöbəsinə getməyə etiraz etməmiş, onlara tabesizlik göstərməmişdir. Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə inzibati xəta hadisəsinin baş verdiyi güman edilən yerdə lentə alınan video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs normal danışıq səs tonunda və tərzində ikisi mülki, biri polisin xidməti geyimində olan 3 nəfər şəxsə yaşayış səviyyəsinin, pensiyanın aşağı olması, uşaq pulunun verilməməsi barədə narazılığını bildirir. Sonra isə polisə müqavimət göstərmədən könüllü şəkildə avtomobilə əyləşir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində Oğuz şəhəri ərazisində küçədə ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs çalışdığı müəssisədə yoxlanışa gələn polis əməkdaşlarına işçilərlə əmək müqaviləsi bağlayacağını bildirmiş və yaşayış səviyyəsindən gileylənmişdir. Lakin bu zaman heç kəsin ünvanına nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Onun xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri ərazisində küçədə ucadan nalayiq ifadələr işlətməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini, eyni zamanda onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs səs-küy salmadan işçilərinə işin profilini öyrətdikdən sonra onlarla əmək müqaviləsini bağlayacağını bildirməsi və sadəcə olaraq özünün aşağı yaşayış səviyyəsindən gileylənməsi xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda Şəxs polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş və könüllü şəkildə Polis Şöbəsinə getmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsi onun öz izahatı ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının özlərinin izahatı və polis əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş video görüntü ilə də təkzib edilmişdir. Qeyd olunan faktlar məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Eyni zamanda, şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar