Məhkəmə qərarları › İş №3(054)-90/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-90/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-90/2024 18.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1990-cı il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta ixtisas təhsilli, işsiz, öz deməsinə əsasən il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:15 radələrində Oğuz Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında növbətçi həkim X1 ünvanına nalayiq ifadələr işlətməsi və ucadan səs-küy salması, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi X1 xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsi əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Şirvanlı kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə onu arı sancmış, allergiyası olduğundan xəstəxanaya getmək qərarına gəlmişdir. O, qohumları ilə birlikdə təxminə saat 23:15 radələrində müayinə olunmaq məqsədi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Müalicə zamanı ona vurulan iynə qolunda ağrı yaratdığından ona göstərilən tibbi yardımdan narazı qalmışdır. O həmin vaxt içkili olduğundan və ağrının təsirindən nə etdiyini tam olaraq xatırlamır. Lakin onu mülicə edən həkimin ünvanına hər hansı nalayiq ifadələr işlətmişdirsə ondan üzr istəyir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, o, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinin bölmə rəhbəri vəzifəsində çalışır.xx.xx.2024-cü il tarixdə də həmin şöbədə növbətçi həkim olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:15 radələrində 4 nəfər şəxs Acil şöbəsinə daxil olmuş, adını sonradan bildiyi Mövlam adlı şəxs onu həşərat dişlədiyini və bu səbəbdən allergiya olduğunu bildirmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt ondan kəskin içki qoxusu gəlmişdir. O həmin şəxsdən çarpayıya uzanmasını xahiş etmiş, Şəxs isə yarı-oturaq vəziyyətdə dayanmışdır. Bundan sonra tibb işçisi onun təzyiqini yoxlamış, feldşer isə ona sistem qoşmuşdur. Bu zaman Şəxs nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. O, Şəxs qarşı səbrli davranaraq onu sakitləşdirməyə çalışsa da, Mövlamla birlikdə xəstəxanaya gələn qohumlarından biri, sonradan adını bildiyi Şəmistan Şəxsı nalayiq ifadələr işlətməyə təhrik etdiyinə görə bu, mümkün olmamışdır. Şəxs qolundan iynəni çıxartmış, hazırki qolunda olan göylük də bu səbəbdən yaranmışdır. Şəxs və Şəmistan Xeyirov onun ünvanına nalayiq ifadələr işlədərək oradan uzaqlaşmışlar. Bundan sonra Azərbaycan Respublikası DİN “102” xidmətinə bu barədə məlumat vermişdir. Şəxs bu cür hərəkətləri ilə onu narahat etdiyindən və xəstəxananın iş rejimini pozduğundan hazırda da ondan şikayətçidir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsində tibb qardaşı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:15 radələrində 4 nəfər şəxs Acil şöbəsinə daxil olmuş, adını sonradan bildiyi Mövlam adlı şəxs tibbi yardım istəmişdir. Həmin vaxt növbədə olan növbətçi həkim Zümrüd Zəkəriyyəyeva ona tibbi yardım göstərmişdir. Tibbi yardım göstərilən zaman Şəxs həmin həkimin və orada olan digər tibb işçilərinin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Həmin vaxt onun yanında olan, adını sonradan bildiyi Şəmistan adlı şəxs də xəstəxananın inzibati binasında ucadan səs-küy salmış və xəstəxananın iş rejimini pozmuşdur. Şəmistan adlı şəxs binanı tərk edərkən ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da tutulmadan azad edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:15 radələrində Oğuz Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında növbətçi həkim X1 ünvanına nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, həbs müddətinin 5 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 02:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 02:30-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 02:30-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar