Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-93/2023 09.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərər çəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikasının Axaltsixe şəhərində anadan olmuş, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2aşayan, subay, orta təhsilli, Oğuz rayon Polis Şöbəsinin uçot qeydiyyat və statistika işlər qrupu üzrə kişik inspektor vəzifəsində işləyən (polis baş serjantı), öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Oğuz rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə “Hyundai” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Oğuz-Şəki magistral yolunun Oğuz şəhərinin aşağı hissəsindən keçən yerində hərəkətdə olarkən onun qarşısında hərəkət edən, X2 məxsus “UAZ” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsindən dəyərək yol nəqliyyat hadisəsi törətməsi, bununla da onun avtomobilinə maddi zərər vurması faktı üzrə Oğuz rayon prokurorluğunda araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilməklə Şəxs barəsində Oğuz rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmaqla həmin qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon prokurorluğunun nümayəndəsi - Oğuz rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Hyundai” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Oğuz-Şəki magistral yolunun Oğuz şəhərinin aşağı hissəsindən keçən yerində hərəkətdə olarkən onun qarşısında hərəkət edən, X2 məxsus “UAZ” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsindən dəyərək yol nəqliyyat hadisəsi törətmiş, bununla da onun avtomobilinə maddi zərər vurmuşdur. Oğuz rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməldə inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində “Hyundai” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə Oğuz-Şəki magistral yolunun Oğuz şəhərinin aşağı hissəsindən keçən yerində, şəhərin girəcəyində yerləşən “Şəhidlər bulağı” adlanan yerdə yol kənarında ağacların arasından it avtomobilin qarşısına çıxmış və o, iti vurmamaq üçün manevr edən zaman idarəetməni itirərək onun qarşısında hərəkət edən, X2 məxsus “UAZ” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsindən dəymiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı yalnız avtomobillərə maddi zərər dəymiş, heç kim xəsarət almamışdır. Bununla bağlı onun barəsində Oğuz rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmişdir. İlk dəfədir ki, belə bir inzibati xəta törədir. O, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. O, törətdiyi əməlindən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Hyundai” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Oğuz-Şəki magistral yolunun Oğuz şəhərinin aşağı hissəsindən keçən yerində hərəkətdə olarkən nəqliyyat vasitələri arasında ara məsafəsi qaydalarını pozaraq ona məxsus “UAZ” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsindən dəymiş, nəticədə onun avtomobilinə maddi zərər vurmuşdur. Lakin o, maddi zərərin ödənilməsi ilə bağlı Şəxs ilə könüllü razılığa gəlmişdir, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Nurlan Baxışlının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Hyundai” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz-Şəki magistral yolunun Oğuz şəhərinin aşağı hissəsindən keçən yerində yol-nəqliyyat hadisəsi törətməsi faktı üzrə araşdırma aparılaraq əməldə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməklə, həmin qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Həmin qərar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Qeyd olunan qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törəməsi faktı təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Hyundai” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Oğuz-Şəki magistral yolunun Oğuz şəhərinin aşağı hissəsindən keçən yerində hərəkətdə olarkən onun qarşısında hərəkət edən, X2 məxsus “UAZ” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsindən dəyərək yol nəqliyyat hadisəsi törətmiş, bununla da onun avtomobilinə maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, maddi zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə könüllü razılığa gəlməsi, zərər çəkmiş şəxsin hazırda ondan heç bir şikayəti və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-93/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-93/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver