Məhkəmə qərarları › İş №3(054)-94/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-94/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-94/2022 01.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının 04.04.2022-ci il tarixli 01-26-2-2022-4677 saylı məktubu ilə tələb edilən məlumatı təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs ASC barəsində 12.05.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X1r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 17.01.2022ci il tarixli 01-26-2-2022-728 saylı məktubundan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı X2 müraciəti əsasında Şəxs ASC-nə məktub göndərilərək Şəxs ASC-nin fəaliyyətinə dair sənədlərin həmin səhmdara təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 04.04.2022-ci il tarixli 01-26-2-2022-4677 saylı bildiriş məktubundan və həmin məktuba aid qəbzdən görünür ki, hüquqi şəxs Şəxs ASC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və zəruri sübutların təqdim edilməsi təklif edilmişdir. Qeyd olunan bildiriş məktubu 27.04.2022-ci il tarixdə hüquqi şəxs Şəxs ASC-nə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı X2 müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 17.01.2022-ci il tarixli 01-26-2-2022-728 saylı məktubla hüquqi şəxs Şəxs ASC-nə müraciət edilərək Şəxs ASC-nin fəaliyyətinə dair sənədlərin həmin səhmdara təqdim edilməsi və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs ASC Mərkəzi Bankının 04.04.2022-ci il tarixli 01-26-2-2022-4677 saylı məktubu ilə tələb edilən məlumatı təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 04.04.2022-ci il tarixli 01-26-2-2022-4677 saylı məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən təqdim edilməməsi iş materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2-ci, 106-1.3.6-cı maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-6.1 və 107-6.3-cü maddələrinin məzmununa görə səhmdarların ümumi yığıncağının protokolunun surəti səhmdarın tələbi ilə ona təqdim edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar