Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-96/2022 06.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2, Oğuz rayon X7 Qrupunun baş təhqiqatçısı X6 iştirakı ilə X2 Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X5 şikayətində qeyd etmişdir ki, Oğuz şəhərində yerləşən, özünə məxsus torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq taxıl əkir. 19.04.2022-ci il tarixdə həmin ərazidən keçən zaman özünə məxsus taxıl sahəsində mal-qara olduğunu görüb mal-qaranı ərazidən qovub çıxarmışdır. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamışdır. Ancaq sonradan X4 adlı şəxs Oğuz rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus inəyin xəsarət aldığını bildirmişdir. Oğuz rayon Baytarlıq idarəsinin əməkdaşı da inəyin qabaq ayağının kəsildiyi barədə rəy vermişdir. Toplanmış material üzrə araşdırma aparılaraq Oğuz rayon X7 Qrupunun baş təhqiqatçısı X6 29.04.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən onun barəsində 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun heç bir təqsiri olmadığı halda, qeyd olunan protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat miqdarında inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin protokol qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, X4 adlı şəxsin inəyinə heç bir xəsarət yetirməmişdir. Buna baxmayaraq Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında o, 500 manat miqdarında inzibati cərimə edilmişdir. Ona görə də o, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan narazıdır. Qeyd etdiklərinə əsasən 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş edir. 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Oğuz rayon X7 Qrupunun baş təhqiqatçısı X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, X1 Polis Şöbəsinə müraciəti əsasında toplanmış HK-1/153 nömrəli material üzrə araşdırma onun tərəfindən aparılmış və X5 tərəfindən X1 inəyinə xəsarət yetirildiyi aşkar edilmişdir. Oğuz rayon Baytarlıq idarəsinin əməkdaşı da inəyin qabaq ayağının kəsildiyi barədə rəy vermişdir. Toplanmış material üzrə araşdırmanın nəticəsi olaraq əməldə hər hansı cinayət tərkibinin olmadığı müəyyən edilmiş və 29.04.2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X7 Qrupunun təhqiqatçısı X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə 06.02.2022-ci il tarixli qərarından görünür ki, X5 barəsində inzibati tədbir görülməsi üçün qeyd olunmuş qərarın surəti Oğuz rayon Polis Şöbəsinin aidiyyəti xidmət sahəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən X5 barəsində tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokoldan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X5 hazırki şikayətində Oğuz rayon X9 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu mübahisələndirsə də və həmin protokol əsasında 500 manat miqdarında inzibati cərimə edildiyini bildirsə də, iş materiallarından görünür ki, onun 500 manat miqdarında inzibati cərimə edilməsinə dair hər hansı sənəd (inzibati tənbeh vermə haqqında qərar) iş materiallarna əlavə edilməmişdir. Eyni zamanda, X5 barəsində tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol özü-özlüyündə mübahisələndirilə bilən qərar olmayıb, hazırki vəziyyətdə yalnız inzibati tənbehin tətbiq olunması barədə qərarın qəbul edilməsi üçün əsas kimi çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydalarını müəyyən edən 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16.11.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan hüquq normasının və Konstitusiya Məhkəməsi Plenumunun şərhinin məzmunundan göründüyü kimi, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması çərçivəsində inzibati xəta haqqında protokol deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda, həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, inzibati xətalar üzrə tərtib edilmiş protokol ayrılıqda özü-özlüyündə mübahisələndirilə bilmədiyindən Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan X2 verdiyi hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda, X3 izah edilir ki, Oğuz rayon X7 Qrupunda toplanmış HK-1/153 nömrəli material üzrə aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə 06.02.2022-ci il tarixli qərardan aidiyyəti üzrə şikayət etmək, habelə, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələbinə əməl etməklə mübahisələndirmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 21.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-96/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-96/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver