Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-98/2022 26.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs onun barəsində Oğuz rayon Polis Şöbəsinə daxil olan materialla bağlı araşdırma aparılması üçün 25.05.2022-ci il tarixdə saat 18:30 radələrində Polis Şöbəsinə dəvət edilərkən onun Polis Şöbəsinə getməkdən imtina etməsi, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və eyni zamanda, küçədə ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 25.05.2022-ci il tarixdə saat 18:30 radələrində Polis Şöbəsinə dəvət edilərkən onun Polis Şöbəsinə getməkdən imtina etməsi, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və eyni zamanda, küçədə ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı faktı üzrə onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. 25.05.2022-ci il tarixdə atası X2 və digər ailə üzvləri ilə aralarında baş vermiş ailədaxili münaqişə zəminində ailə üzvləri onun barəsində Polis Şöbəsinə şikayət etmişlər. Bir qədər sonra polis əməkdaşları gələrək onun barəsində Polis Şöbəsinə daxil olan şikayətin araşdırılması ilə əlaqədar Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə getmək istəməmiş, ancaq polis əməkdaşları onu sakitləşdirmiş və Oğuz rayon Polis Şöbəsinə gətirmişlər. O, içkili vəziyyətdə olduğundan qanunsuz hərəkətlərə yol vermiş və etdiyi hərəkətləri hazırda dəqiqliyi ilə xatırlamır. Yaşadığı evdə etdiyi hərəkətlərə, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Eyni zamanda, spirtli içkilərin aludəçisi olması ilə bağlı bir müddət əvvəl məhkəmənin müvafiq qərarı əsasında dispanserdə müalicə almışdır və hazırda müalicəsini evdə davam etdirəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən X2 izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. Şəxs onun oğludur. Zaur spirtli içki aludəçisidir və evə daim sərxoş vəziyyətdə gələrək onunla, digər ailə üzvləri ilə mübahisə edir, onları təhqir edir, əsassız mübahisələr edərək yaşadıqları evdə dözülməz mühit yaradır. Zaurun narkoloji-tibb müəssisəsinə - Respublika Narkoloji Mərkəzinin stasionarına məcburi yerləşdirilməsi barədə qətnamə qəbul edilmiş, həmin qətnamə əsasında o, narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilmiş və bir neçə ay tibb müəssisəsində müalicə almışdır. Zaur bu yaxınlarda yaşadıqları evə gəlmiş və gəldikdən sonra yenidən spirtli içki qəbul etməyə başlamışdır. 25.05.2022-ci il tarixdə Zaur yenə də spirtli içki qəbul edərək yaşadıqları evdə onu və digər ailə üzvlərini söyüb təhqir etmiş, səs-küy salmış və evdəki əşyaları dağıtmışdır. O, bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğuz rayon Polis Şöbəsinin əməkdaşları X8 aparmaq istəyərkən X9 getmək istəməmişdir. Polis əməkdaşları onu sakitləşdirmiş və Polis Şöbəsinə aparmışlar. O Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyinə, onu və digər ailə üzvlərini, həmçinin, qonşuları narahat etdiyinə görə hazıırda da ondan şikayətçidir. İş materiallarına əlavə edilmiş 25.05.2022-ci il tarixli 000534 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, Şəxs 25.05.2022-ci il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Oğuz rayon Polis Şöbəsinə onun barəsində daxil olan materialla bağlı araşdırma aparılması üçün 25.05.2022-ci il tarixdə saat 18:30 radələrində Oğuz rayon Polis Şöbəsinə dəvət edilərkən yaşadığı evin qarşısında ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, Polis Şöbəsinə getməkdən imtina etmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilməli, inzibati həbsin əvvəli 25.05.2022-ci il tarixli AZ 000534 nömrəli inzibati qaydada tutma protokoluna əsasən 25.05.2022-ci il tarixdə saat 18:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 25.05.2022-ci il tarixli AZ 000534 nömrəli inzibati qaydada tutma protokoluna əsasən 25.05.2022-ci il tarixdə saat 18:50-dən hesablansın. İnzibati həbs müddəti 04.06.2022-ci il tarixdə saat 18:50-də başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-98/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-98/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver