Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-98/2025 17.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1994-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan, subay, ibtidai təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:05 radələrində Oğuz şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları Samir Şirinov və X12 şəhəri ərazisində xidmətdə olarkən Oğuz şəhəri, H.Əliyev prospektində hərəkətdə olan “KİA” markalı ** AU *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu görərək növbətçi hissəyə məlumat vermişdir. Bu məlumat əsasında YPX əməkdaşları həmin avtomobili saxladaraq sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər. Bu zaman sürücünün sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar edilmişdir. Polis əməkdaşları avtomobili duracağa aparmağa çalışdıqda avtomobildə olan sərnişinlər - sonradan adlarını bildikləri X6, X5, Şəxs və X1 vəziyyətdə ucadan səs-küy salmaqla onlara mane olaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmışlar. Polis əməkdaşları həmin şəxsləri nizamintizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər 30 dəqiqə müddətində ictimai yerdə asayişi pozmuşlar. Sonra isə Şəxs və digər şəxslər avtomobilə məcburi şəkildə əyləşdirilərək polis şöbəsinə aparılmışlar. Şəxs törətdiyi əməl iş materiallarına əlavə edilmiş diskdəki videogörüntülərlə də öz təsdiqini tapır. Şəxs Oğuz şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Qəbələ rayonu Nic qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə o, bacısı Həyat, tanışları Taleh Məmmədov və Elnur Eyvazovla birlikdə Talehin avtomobili ilə Nic qəsəbəsindən Oğuz şəhərinə gəlmişlər. Onlar Oğuz şəhərində yerləşən kafelərin birində yemək yeyib spirtli içki qəbul etmişlər. Taleh Məmmədov sərxoş olduğundan onları evə aparması üçün ayıq sürücü çağırmışdır. Həmin sürücü onları apararkən polis əməkdaşı hərəkətdə olan avtomobilə saxla işarəsi vermişdir. Bundan sonra sürücü ilə yanaşı o və digər sərnişinlər avtomobildən enmişlər. O özü də polis əməkdaşı ilə mübahisə etməyə başlamış və qışqır-bağır salmışdır. Onun yaddaşı zəif olduğundan hər şeyi təfərrüatı ilə xatırlamır. Lakin bundan sonra polis şöbəsinə aparıldıqları və orada Talehin ayaqlarının tutulması yadındadır. O spirtli içkinin təsirində olduğundan etdiyi hərəkətlərinin mahiyyətini dərk etməmiş və qanunsuz hərəkətlərə yol vermiş, səhv hərəkət etdiyini sonradan başa düşmüş və əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiklərinə əsasən ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Taleh Məmmədov onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə saat təxminən, 22:30-da Taleh ona zəng edərək Oğuz şəhərində yerləşən kafelərin birində yemək yeyərək spirtli içki qəbul etdiyini bildirmiş və onu ayıq sürücü kimi həmin yerə dəvət etmişdir. O, həmin yerə getmiş, Taleh və ikisi qadın olmaqla digər 3 şəxs avtomobilə əyləşmişlər. O həmin şəxsləri evlərinə aparmaq üçün avtomobili hərəkətə gətirmişdir. Onlar yolda olduqları zaman Oğuz şəhərinin mərkəzi küçəsində arxadan başqa bir avtomobilin sürücüsü ona saxla işarəsi vermişdir. Taleh ona avtomobili saxlamasını bildirmişdir. Bundan sonra o avtomobili saxlamış, yaxınlaşan şəxsin əvvəlcədən tanıdığı Elmir adlı polis əməkdaşı olduğunu görmüşdür. Həmin polis əməkdaşı ona yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. Bu zaman Taleh avtomobildən enərək avtomobilin ona məxsus olduğunu və özünün sərxoş olduğundan ayıq sürücü çağırdığını bildirmişdir. Bundan sonra avtomobildə əyləşmiş Qəbələ rayon sakinləri olan sərnişinlər X6 və Şəxs polis əməkdaşları ilə mübahisəyə başlamış və ucadan səs-küy salmışlar. O, Taleh Məmmədov və Həyat Mustafayevanın mübahisəyə qarışdığının və polisin qanuni tələblərinə tabe olmamasının şahidi olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:20-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə 15:05-də tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 355 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:34-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:05 radələrində Oğuz şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin, şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, onun inzibati qaydada tutulduğunu nəzərə alaraq cərimənin 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-98/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-98/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver