Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-99/2024 10.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayətində qeyd etmişdir ki, o, güya qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğu üçün Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində tərtib olunmuş həmin inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 məhkəmə iclasında ərizə təqdim etdi və şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Oğuz rayonu Kərimli kəndində yaşayır, özünə məxsus mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və tikinti materiallarını mağazanın qarşısına yerləşdirir. xx.xx.2024-cü il tarixdə Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi ona yaxınlaşıb küçə ticarəti qaydalarını pozduğunu bildirərək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, protokolu imzalamamış və protokolda olan izahatı da verməmişdir. O, polis əməkdaşına həmin torpaq sahəsinin və ticarət obyektinin onun mülkiyyətində olduğunu bildirmişdir. Buna baxmayaraq onun barəsində protokol tərtib edilmişdir. O, tikinti materiallarını yerləşdirdiyi torpaq sahəsinə mülkiyyət hüququ olduğu barədə polisə məlumat vermiş və həmin yerin ona ticarət fəaliyyəti həyata keçirmək üçün ayrıldığını onlara sübut etmişdir. Hazırda tikinti materiallarını yerləşdirdiyi torpaq sahəsində onun ticarət obyekti yerləşmiş, lakin o tikinti materiallarını yükləyib boşalda bilmək üçün həmin obyekti sökərək arxa tərəfdə yenidən inşa etdirmişdir. Həmin torpaq sahəsi Oğuz rayon icra başçısının sərəncamına əsasən onun mülkiyyətinə verilmişdir. Sözügedən sərəncam hazırda qüvvədədir, həmin sərəncam əsasında torpağa mülkiyyət sənədi almamış olsa da, tezliklə müvafiq orqanlara müraciət edərək mülkiyyət sənədini də əldə edəcəkdir. Buna görə də hesab edir ki, Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi tərəfindən onun barəsində protokol əsassız olaraq tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X3 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 89 nömrəsi sərəncamının və xx.xx.1999-cu il tarixli Aktın surətindən müəyyən edilir ki, Kərimli kəndinin ərazisində İsmayıllı-Şəki asfalt yolunun kənarında ticarət obyekti tikmək üçün Kərimli kənd sakini X2 123,00 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli JN - 913 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Kərimli Bələdiyyəsinin 2004-cü il 04 noyabr tarixli 25 nömrəli qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 560 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X2 verilmişdir. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, Oğuz rayonu Kərimli kəndində X1 mülkiyyətində olan 0.05586 ha torpaq sahəsində yerləşən 3 girişli, 634.1 kv.metr ümumi, 472.9 kv.metr əsas, 161.2 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbələi qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qeyri-yaşayış binasının 405-4018/484 inventar nömrəli Texniki Pasportunun surətindən müəyyən edilir ki, sənəd üzrə torpaq sahəsi-0,056 ha, faktiki sahə 0,5586 ha, tikinti altı sahə 0,05586 ha təşkil edir. Məhkəmə iş materiallarınına əlavə edilmiş fotoşəkilləri və digər iş materiallarını nəzərdən keçirib inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 (səksən) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X3 şikayətində Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirib tikinti materiallarını yerləşdirdiyi torpaq sahəsinin özünün mülkiyyətində olduğunu bildirsə də, iş materiallarından görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 560 kv.metr torpaq sahəsi üzərində 634.1 kv.metr sahəsi olan sahibkarlıq obyekti tikilmişdir. Göründüyü kimi həmin sahibkarlıq obyekti Araz Haşımova sahibkarlıq obyekti tikmək üçün verilmiş torpaq sahəsini bütövlükdə əhatə etməklə yanaşı, başqa torpaq sahəsini də əhatə edir. Bundan başqa, Oğuz Rayon İcra Hakimiyyəti başçısının sərəncamında 123,00 kv.metr torpaq sahəsinin Araz Haşımova verildiyi göstərilsə də, həmin torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmədiyini məhkəmə iclasında verdiyi izahatında o özü də etiraf etmişdir. X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi digər xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X3 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-99/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-99/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver