Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1/2024 07.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Bəylər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə saat 22:00 radələrində Hacıqabul-Horadiz magistral avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən 62-ci kilometrliyində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz C220” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə İmişli rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini X1 idarə etdiyi "xxxx" MMC-yə məxsus “Man TGS 33.3606.4 BB-WW” markal yük avtomobili ilə toqquşmuş, nəticədə həmin vaxt Şəxs avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 01 dekabr 2023-cü il tarixdə saat 22:00 radələrində Hacıqabul-Horadiz magistral avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən 62-ci kilometrliyində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz C220” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə İmişli rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini X1 idarə etdiyi "xxxx" MMC-yə məxsus “Man TGS 33.3606.4 BB-WW” markal yük avtomobili ilə toqquşmuş, nəticədə həmin vaxt onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurulmuşdur. Hazırda etdiyi əməldən peşman olmasının nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 01 dekabr 2023-cü il tarixdə saat 22:00 radələrində Şəxs idarə etdiyi avtomobilin sərnişin oturacağı hissəsində əyləşərək Novruzla birlikdə İmişli rayonu istiqamətində gedərkən Şəxs idarəetməni itirmiş və əks istiqamətdə hərəkətdə olan yük avtomobili ilə toqquşmuşdur. Həmin vaxt o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Hazırda Şəxs şikayət və tələbi yoxdur. Materiala əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2023-cü il tarixli, 374 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər təpə, alın nahiyəsində, sol qaşın üstündə, qaşarası proyeksiyada yaralar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 01 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Materiala əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 02 dekabr 2023-cü il tarixli 128 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olması aşkar olunmuşdur Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 334.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alıb Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver