Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1001/2023 13.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs barəsində Füzuli Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 04 sentyabr 2023-cü il tarixli qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 11 iyun 2023-cü il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində aralarında yaranmış mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 11 iyun 2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaransa da, Arisə xəsarət yetirməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Şəxs 11 iyun 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı əlindəki taxta çomaq ilə onu vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Şəxs ilə barışmış və ondan şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə zərərçəkmiş şəxsin izahatını dinləyib, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsaslanaraq belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1001/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1001/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver