Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1003/2023 22.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 27 avqust 2023-cü il tarixli, EQ 16526015 saylı, 01 sentyabr 2023-cü il tarixli, EQ16630237 saylı və 01 sentyabr 2023-cü il tarixli, EQ16623092 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 27 avqust 2023-cü il tarixli, EQ 16526015 saylı, 01 sentyabr 2023-cü il tarixli, EQ16630237 saylı və 01 sentyabr 2023-cü il tarixli, EQ16623092 saylı saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 300 manat məbləğində cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, qeyd olunan qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 27 avqust 2023-cü il tarixli, EQ 16526015 saylı, 01 sentyabr 2023-cü il tarixli, EQ 16630237 saylı və 01 sentyabr 2023-cü il tarixli, EQ 16623092 saylı saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq ayrı-ayrılıqda 300 manat məbləğində cərimə edilmişdir. Halbuki Saatlı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 3(055)-473/2023 saylı və 3(055)-511/2023 saylı qərarlarına əsasən barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Saatlı Rayon Məhkəməsi hakiminin 27 aprel 2023-cü il tarixli, 3(055)-473/2023 saylı və 12 may 2023-cü il tarixli, 3(055)-511/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarlarına xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi isə EQ 16526015 saylı, EQ16630237 saylı və EQ 16623092 saylı inzibati tənbeh vermə haqqında qərarları müvafiq olaraq 27 avqust 2023-cü il və 01 sentyabr 2023-cü il tarixlərində, yəni barəsində olan yuxarıda qeyd olunan qərarlara xitam verildikdən sonra tərtib edilmişdir. Ona görə də sözügedən qərarları qeyri-qanuni hesab edir və həmin qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə dəşikayətə dair öz mülahizə və vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşdə olan Saatlı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 3(055)-473/2023 saylı və 3(055)-511/2023 saylı qərarlarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Saatlı Rayon Məhkəməsi hakiminin 27 aprel 2023cü il tarixli, 3(055)-473/2023 saylı və 12 may 2023-cü il tarixli, 3(055)-511/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarlarına xitam verilmişdir. Göründüyü kimi, şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Saatlı Rayon Məhkəməsi hakiminin 27 aprel 2023-cü il tarixli, 3(055)-473/2023 saylı və 12 may 2023-cü il tarixli, 3(055)-511/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarlarına xitam verildiyi halda səlahiyyətli orqan tərəfindən şikayətçi barəsində qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan vəvətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və iş üçün əhəmiyyətli olan hallar sübuta yetmədiyindən, həmin inzibati xətaların törədilməsində X4 inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat cərimə olunması barədə Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinin 27 avqust 2023-cü il tarixli, EQ 16526015 saylı, 01 sentyabr 2023-cü il tarixli, EQ16630237 saylı və 01 sentyabr 2023-cü il tarixli, EQ16623092 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 27 avqust 2023-cü il tarixli, EQ 16526015 saylı, 01 sentyabr 2023-cü il tarixli, EQ16630237 saylı və 01 sentyabr 2023-cü il tarixli, EQ16623092 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1003/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1003/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver