Məhkəmə qərarları › İş №3(055)-1005/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1005/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1005/2023 13.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ İHakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı şəhəri X4 küçəsi, ev 26-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 13 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 03 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan “VAZ 2106” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri Vidadi küçəsində idarə edərkən avtomobilin qabaq hissəsini Saatlı Sukanal sahəsinə məxsus su hidrantına vurmuş, nəticədə Saatlı Sukanal sahəsinə 50 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 03 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan “VAZ 2106” markalı, **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin qabaq hissəsini Saatlı şəhəri Vidadi küçəsində yerləşən Saatlı Sukanal sahəsinə məxsus su hidrantına vurmuşdur. Hal-hazırda Saatlı Sukanal sahəsinə vurmuş olduğu 50 manat ziyanı ödəmişdir. Saatlı Sukanal sahəsinin isə ondan şikayəti yoxdur. Barəsində olan Saatlı RPŞnin təhqiqt bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla razıdır və heç bir şikayəti yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxs Saatlı Sukanal sahəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxsin nümayəndəsi inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı iclasında iştirak etməmiş və işə baxılmasının təxirə alınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Materiala əlavə edilmiş 11 sentyabr 2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Saatlı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Saatlı Sukanal sahəsinin 07 sentyabr 2023-cü il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Şəxs Saatlı Sukanal sahəsinə vurduğu 50 manat ziyanı ödəmiş, Saatlı Sukanal sahəsinə məxsus su hidrantı bərpa edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 03 sentyabr 2023cü il tarixdə, saat 21:00 radələrində sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan “VAZ 2106” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri Vidadi küçəsində idarə edərkən avtomobilin qabaq hissəsini Saatlı Sukanal sahəsinə məxsus su hidrantına vurmuş, nəticədə Saatlı Sukanal sahəsinə 50 manat maddi ziyan dəymişdir. Şəxs Saatlı Sukanal sahəsinə vurduğu 50 manat ziyanı ödəmiş, Saatlı Sukanal sahəsinə məxsus su hidrantı bərpa edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, 11 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib səkkiz yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar