Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1006/2025 12.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Məmmədabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 08 noyabr 2025-ci il tarixdə saat 20:30-da yaşadığı Saatlı rayonu Məmmədabad kəndində sərxoş halda polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş, həmçinin polisin qanuni tələbinə qəsdən tabeçilik göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 08 noyabr 2025-ci il tarixdə saat 20:30-da yaşadığı Saatlı rayonu Məmmədabad kəndində sərxoş halda küçədə gəzərkən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xidməti avtomobilini saxlatmış və polislərə onun küşəsində nə gəzdiklərini demiş, daha sonra sərxoş olduğundan həmin polis əməkdaşlarının ünvanına naliq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət edərək sakitləşməsini bildirmişlər, lakin o polisin qanuni tələblərini yerinə yetirməyərək onlara qarşı tabesizlik etmişdir. Halhazırda polislərdən üzr istəmişdir, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Ona görə də göstədiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 izahatında göstərdi ki, 08 noyabr 2025-ci il tarixdə saat 20 radələrində Saatlı rayonu Məmmədabad kəndi ərazisində Saatlı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri-sürücü Şöhrət Məmmədovla birlikdə xidmətdə olarkən sanradan şəxsiyyəti məlum olan Məmmədabad kənd sakini Şəxs onların xidməti avtomobillərini işarə edərək saxlatdırmış və onlara kənddə niyə gəzdiklərini soruşduqda xidməti vəzifələrini yerinə yetirdiklərini demiş, həmin vaxt Şəxs nəfəsindən spirtli içki iyi gəldiyini bilmişdir. Bundan sonra Şəmistan Məmmədli onlarla kobud danışmağa başladlqda onu nizam-ntizama dəvət etmiş, lakin Şəmistan Məmmədli onların qanuni tələblərinə tabe olmamış və onlara qarşı nalayiq sözlər işlətdiyindən onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Hal-hazırda isə Şəxs ondan üzr istəmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri-sürücü X4, polis nəfəri X1 izahatında göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 08 noyabr 2025-ci il tarixli, alkotestdən görünür ki, Şəxs müəyyən edilmiş alkoqol tərkibi 316,2 mq olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 08 noyabr 2025-ci il tarixdə saat 20:30-da yaşadığı Saatlı rayonu Məmmədabad kəndində sərxoş halda polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan və yüngülləşdirən hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəktlərindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 08 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə 08 noyabr 2025-ci il tarixdə saat 22:30-da tutulmuş, 09 noyabr 2025-ci il tarixdə saat 22:00-da azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbsdən onun 08 noyabr 2025-ci il tarixdə saat 22:30 dəqiqədən 09 noyabr 2025-ci il saat 22:00 dəqiqəyədək inzibati qaydada tutulması çıxılmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxxxx 2002-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə doqquz gün müddətinə inzibati həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 noyabr 2025-ci il tarixdə saat 22:30 dəqiqədən 09 noyabr 2025-ci il saat 22:00 dəqiqəyədək inzibati qaydada tutulması ona təyin olunmuş cəzadan bir gün çıxılaraq üzərində qəti olaraq səkkiz gün inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli bu gündən, yəni 12 noyabr 2025-ci il tarixdən saat 12:00dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-1006/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1006/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver