Məhkəmə qərarları › İş №3(055)-1019/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1019/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1019/2023 14.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində Saatlı rayonu Şirinbəy kəndi istiqamətində «Hyundai İX-35» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, «Hyundai İX-35» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özünə məxsus olmuş, lakin avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. 30 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində Saatlı rayonu Şirinbəy kəndi istiqamətində «Hyundai İX-35» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və qəza törətmişdir. Nəticədə bir neçə nəfər xəsarət almışdır.Bununla bağlı Saatlı RPŞ-də araşdırma aparılmış və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyindən cinayət məsuliyyətindən azad edilmişdir. Barəsində Saatlı RPŞ-nin DYPB-də inzibati icraat başlanmasından məlumatı olmamış, bu barədə yazılı və ya şifahi qaydada ona məlumat verilməmiş, yalnız bu gün, yəni 14 sentyabr 2023-cü il tarixdə ona zəng edilərək inzibati xəta haqqında protokolun məhkəməyə göndəriləcəyi bildirilmişdir.Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Materiala əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, 30 dekabr 2022-ci il tarixli 233 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təsdiq edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Lakin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat Saatlı RPŞ-nin İstintaq bölməsinin “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərarına əsasən başlanmışdır. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti artıq keçmişdir. İXM-nin 38.5-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Saatlı RPŞ-nin DYPB-nin 28 iyun 2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış,14 sentyabr 2023-cü il tarixdə isə təzələnmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə baxışı zamanı izahatında inzibati xəta haqqında iş üzrə icaatla əlaqədar polis şöbəsinə çağrılması barədə ona Saatlı RPŞ-dən məktub gəlmədiyini, yalnız bu gün, yəni 14 sentyabr 2023-cü ildə zəng edilib polis şöbəsinə çağrıldığını göstərmişdir.İkincisi, iş materiallarında Şəxs polis şöbəsinə çağrılması barədə xx.xx.2023-cü il tarixli məktub olsa da, həmin məktubun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çatmasını təsdiq edən sənəd aşkar edilməmişdir. Beləliklə, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, iş üzrə icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxt iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan isə həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilməli olan şəxs barədə materialları məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Saatlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti başa çatdığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar