Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1029/2023 25.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X9 şikayətinə Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 rayonu Genişkənd bələdiyyəsinin inzibati ərazisində əhalinin məişətində formalaşan tullantıların qanuna uyğun şəraitdə idarə olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. X13 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək göstərdi ki, Saatlı rayonu Genişkənd kəndində yaşayır və həmin kəndin bələdiyyə sədri vəzifəsində işləyir. Kənd ərazisində tullantıların atılması üçün bələdiyyə tərəfindən rəsmi olaraq poliqon ayrılmışdır və tullantıların həmin poliqona atılması üçün vətəndaşlara rəsmi bildiriş verilmişdir. O, əmisinin ölümü ilə əlaqədar il mərasimində olduğu vaxt 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Emin Əzizov ona zəng edərək Genişkənd kəndində yolun kənarında, su kanalı ilə yolun arasında 3 ədəd tum qutusunun yanıb kül olduğunu və küllərinin həmin yerdə qaldığını bildirmişdir. O da mərasimdən çıxdıqdan sonra onla əlaqə saxlayacağını, həmin hadisəni kimin törətdiyini axtarıb tapdıqdan sonra xəbərdarlıq edəcəklərini bildirmişdir. Lakin il mərasimindən çıxdıqdan sonra Emin Əzizova zəng etdikdə o artıq kənddən getdiyini bildirmişdir. Bundan sonra 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona məktub göndərilmiş və məlum olmuşdur ki, onun barəsində akt və protokol tərtib edilmiş, həmin aktda və protokolda guya onun aktı və protokolu imzalamaqdan imtina etməsi yazılmışdır. Lakin onun həmin aktdan və protokoldan xəbəri olmamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları göndərilmiş məktubda onu idarəyə çağırmışlar. O, 31 avqust tarixində kənd ərazisindəki həmin yanmış tum qutularının küllərinin şəklini çəkərək və həmin şəkilləri əlavə edərək onlara cavab məktubu göndərmişdir. Həmin məktubda heç bir qanun pozuntusuna yol vermədiyini, yanmış tum qutularından xəbəri olmadığını və onları kimin yandırdığının məlum olmadığını, onun barəsində tərtib edilmiş aktın qanunsuz olduğunu bildirmişdir. Həmin müraciəti həm məktubla, həm də email ünvanı vasitəsi ilə idarəyə göndərmişdir. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, heç bir qanun pozuntusuna yol verməmişdir və həmin qərar əsassızdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 rayonu Genişkənd bələdiyyəsinin inzibati ərazisində əhalinin məişətində formalaşan tullantıların qanuna uyğun şəraitdə idarə olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın icra olunması və 1 ay müddətində könüllü olaraq cərimə məbləğinin məktubda göstərilən bank hesabına köçürülməsi tələb edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Genişkənd kənd bələdiyyəsinin ərazisinin zibil və tullantıları üçün ayrılmış torpaq sahəsinin eskiz layihəsindən görünür ki, Genişkənd kəndində zibil və tullantıların atılması üçün 1,5 ha sahəsi olan poliqon ayrılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Genişkənd bələdiyyəsi üzvlərinin 18 mart 2021-ci il tarixli çıxarışından görünür ki, X2 bələdiyyəsinin sədri vəifəsinə seçilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş X9 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanladığı 31 avqust 2023-cü il tarixli məktubdan görünür ki, X13 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan X7 20 iyul 2023-cü il tarixdə tərtib etdiyi ******* saylı MN-200 seriyalı inzibati xəta haqqında protokolla razı olmadığını, həmin protokolda onun imza etməkdən imtina etməsinin yazıldığını, lakin bu halın doğru olmadığını, həmin vaxt əmisinin ölümü ilə əlaqədar il mərasimində olduğunu, Emin Əzizovun ona zəng etdiyini bildirmiş, lakin mərasimdən çıxdıqdan sonra onunla əlaqə saxladıqda Emin Əzizovun kənddən ayrıldığını söylədiyini, daha sonra kənd ərazisində arxın kənarında yandırılmış karton qutularına görə qanunsuz olaraq onun barəsində protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə X3nu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarla X4 rayonu Genişkənd bələdiyyəsinin inzibati ərazisində əhalinin məişətində formalaşan tullantıların qanuna uyğun şəraitdə idarə olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. X3 barəsində qəbul eilmiş həmin qərardan şikayət edərək göstərilən əməlin onun tərəfindən törədilmədiyini, onun barəsində qanunsuz olaraq inzibati tənbeh tədbiri tətbiq edildiyini bildirmiş və qərarın ləğv olunmasını xahiş etmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, X13 barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarının hansı materiallar əsasında qəbul edilməsi, qərarda göstərilən əməlin məhz X13 tərəfindən törədilməsinin hansı sübutlarla təsdiq edilməsi göstərilməmiş, həmin qərarı qəbul etmiş orqan tərəfindən göstərilən əməlin X13 tərəfindən törədildiyini sübut edən materiallar məhkəməyə təqdim edilməmişdir. X1 məhkəməyə təqdim etdiyi eskiz layihəsi ilə sübut olunur ki, Saatlı rayon Genişkənd bələdiyyəsi ərazidəki tullantıların idarə edilməsini həyata keçirmiş, bu məqsədlə 1,5 ha ərazidə poliqon ayrılmışdır. Həmin ərazidə, yəni Genişkənd kəndi ərazisində yol kənarında yandırılmış 3 ədəd tum qutusunun küllərinin olması Genişkənd bələdiyyəsi tərəfindən tullantıların idarə edilməməsini sübut edən əsas deyil. Buradan da göründüyü kimi X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetirilmədən onun barəsində 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X13 inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-1029/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1029/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver