Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1040/2025 09.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs keçmiş Saatlı rayonu Məzrəli bələdiyyəsinin sədri X1 iştirakı ilə Saatlı rayonu Məzrəli bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-Muğan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu Məzrəli bələdiyyəsinə göndərilmiş 21 avqust 2025-ci il tarixli, 3-17-5/2-74784/2025 nömrəli 3 nəfər işçinin əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi barədə göstəriş məktubuna bələdiyyənin sədri tərəfindən əməl olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs keçmiş Saatlı rayonu Məzrəli bələdiyyəsinin sədri X3 izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununa əsasən Məzrəli bələdiyyəsi və bir neçə bələdiyyə Nərimanov bələdiyyəsinə birləşdirilib, hal-hazırda Saatlı rayonu Məzrəli bələdiyyəsi mövcud deyil. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzabati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-Muğan regional şöbəsinə işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin onun nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-Muğan regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Saatlı rayonu Məzrəli Bələdiyyəsinin iclasının 11 sentyabr 2024-cü il tarixli, 10 nömrəli protokolundan görünür ki, Saatlı rayonu Məzrəli Bələdiyyəsinin iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin ikinci və üçüncü hissələrinin və 2-ci maddəsinin ikinci və üçüncü hissələrinin tələblərinə əsasən və protokolda adları qeyd edilən bələdiyyələrin qarşılığı razılığı əsasında Saatlı rayonu Məzrəli bələdiyyəsinin Nərimanov, Dəlilər, Kamallı-Hacıqasımlı və Novruzlu bələdiyyələri ilə birləşdirilməsi və yeni yaranan bələdiyyənin Nərimanov bələdiyyəsi adlandırılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Saatlı rayonu Nərimanov bələdiyyəsinin Nizamnaməsinin “ümumi müddəalar” hissəsinin 1.6-cı bəndindən görünür ki, Saatlı rayonu Nərimanov bələdiyyəsi Dəlilər, Hacıqasımlı, Kamallı, Məzrəli, Musalı, Naharlı, Nərimanov və Novruzlu kəndlərinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13s nömrəli Sərəncamının icrası ilə əlaqədar möhür və ştampın ləğv edilməsi ilə bağlı 12 mart 2025-ci il tarixli aktdan görünür ki, Saatlı rayonu Məzrəli kəndinin möhür və ştampı bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılmış komissiya tərəfindən ləğv edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, keçmiş Saatlı rayonu Məzrəli bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göründüyü kimi, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununa əsasən Saatlı rayonu Məzrəli bələdiyyəsi və bir neçə bələdiyyə Nərimanov bələdiyyəsinə birləşdirildiyindən, yəni hazırda Saatlı rayonu Məzrəli bələdiyyəsi mövcud olmadığından onun barəsində protokol tərtib edilə bilməzdi. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhəkəmə hesab edir ki, keçmiş Saatlı rayonu Məzrəli bələdiyyəsinin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-Muğan regional şöbəsindən daxil olmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Keçmiş Saatlı rayonu Məzrəli bələdiyyəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə tərtib edilmiş edilmiş 05 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-1040/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1040/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver