Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1067/2022 26.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.2022-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonunun Dəllər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 dekabr 2022-ci il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Saatlı rayon Dəllər kəndi ərazisində sürücü Şəxs idarə etdiyi «TOYOTA LAND-CRUİSER- PRADO» markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobillə qarşısında olan “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sürücü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 24 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Saatlı rayon Dəllər kəndi ərazisində sürücü Şəxs idarə etdiyi «TOYOTA LAND-CRUİSER-PRADO» markalı **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobillə qarşısında olan “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən sürücü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Dəymiş ziyan ödənilmişdir. Hazırda şikayətçi deyildir və məhkəmədən bu halın nəzərə alınasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, 24 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Saatlı rayon Dəllər kəndi ərazisində Şəxs idarə etdiyi «TOYOTA LAND-CRUİSER- PRADO» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobillə qarşısında olan ona məxsus “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən o və sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Ona dəymiş ziyan ödənilmişdir. Hazırda şikayətçi deyildir və məhkəmədən bu halın nəzərə alınasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 24 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Saatlı rayon Dəllər kəndi ərazisində Şəxs idarə etdiyi «TOYOTA LAND-CRUİSER- PRADO» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobillə qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs2 və o dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Ona dəymiş ziyan ödənilmişdir Hazırda şikayətçi deyildir və məhkəmədən bu halın nəzərə alınasını xahiş edir. İş materialında olan 18 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-yə verilməsi qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 323 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinə zamanı aşkar edilmiş xəsarətlər-təpə nahiyəsində, sağ gicgah nahiyəsində, sol dirsək oynağının arxa səthində, sağ diz oynağının ön səthində çapıqlar-sağalmış yaraların izləri, qarının ön sağ hissəsində, sağ budun orta 1/3-də ön səthdə sağalmış sıyrıq izləri küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, Xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 324 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinə zamanı aşkar edilmiş xəsarətlər- sağ gicgah nahiyəsində çapıq-sağalmış yaranın izi, sol kürək sümüyü proyeksiyasında sağalmış sıyrıq izləri küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, Xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Saatlı rayon Dəllər kəndi ərazisində sürücü Şəxs idarə etdiyi «TOYOTA LAND- CRUİSER-PRADO» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etdiyi avtomobillə qarşısında olan “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sürücü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş zərərin əvəzini ödəməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-1067/2022
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1067/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver